“Yurd”un “Fətəlixan”ı Bakıya gedir

Komanda üzvü Aqşin Bayramov suala cavab vermək üçün düyməni sıxır

Komanda üzvü Aqşin Bayramov suala cavab vermək üçün düyməni sıxır

Aprelin 7-də Siyəzən şəhərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və “Gənclərin İntellektual İnkişafı Mərkəzi”nin təşəbbüsü və təşkilatçılığı ilə “Xəmsə” Milli İntellektual Oyunu üzrə 5-ci Azərbaycan çempionatının zona birinciliyi keçirilib. 
Qubanı yarışda “Yurd” Gənclərin Vətənpərvərlik Klubunun nəzdində fəaliyyət göstərən “YURD” İntellektual Gənclər Klubunun üzvlərindən ibarət 2 komanda təmsil edib.

"Fətəlixan" komandası "Xəmsə" raundunda

“Fətəlixan” komandası “Xəmsə” raundunda

Zona yarışında 16 komanda 4 qrupda mübariə aparıb. Əsasnaməyə uyğun olaraq hər qrupun qalibi olan komandalar finalda üz-üzə gəlib və yekunda 2 ən güclü komanda Bakıda keçiriləcək final mərhələsinə vəsiqə əldə edib.
Faiq Mirzəyev, Teyyub Zülfüqarov, Əli Bağırov, Tamerlan Zeynalov və Polad Əliyevdən ibarət olan “Yurd” komandası uğurlu çıxış etsə də qrup mərhələsin adlaya bilməyib. 
Ramin Mahmudov, Nizami Hüseynov, Aqşin Bayramov, Elmar Zeynəddinov və Vüqar Hüseynovdan ibarət “Fətəlixan” komandası isə 5200 xalla qrup mərhələsini adlayıb finala vəsiqə əldə edib. Burda Şabran, Qusar və Siyəzən komandaları ilə yarışan qubalılar “Xəmsə” raunduna 7800 xalla

Qubanın "Fətəlixan" və "Yurd" komandaları bir arada

Qubanın “Fətəlixan” və “Yurd” komandaları bir arada

qatılıb. “Xəmsə” raundunda da 1799 xalla gediş edib verilən sualı doğru cavablayan “Fətəlixan”çılar yekunda 9599 xalla zona qalibi olaraq Bakıda keçiriləcək final mərhələsinə vəsiqə əldə ediblər.
Finala ikinci vəsiqəni isə Siyəzənin intellektual gəncləri əldə ediblər.
Qeyd edək ki, bu “Xəmsə” Milli İntellektual Oyununun 5 illik çempionatı tarixində Quba komandasının finala vəsiqə əldə etdiyi ikinci yarışdır. 2007-ci ildə qazanılan ilk uğurda isə Qubanın “Şahdağ” və “Azəri” komandaları final mərhələsində iştirak etmişdilər.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s