Qubada Regional İntellekt Liqası təsis edilib

Yarışın püşkatma mərasimi

Yarışın püşkatma mərasimi

“Yurd” İntellektual Gənclərin İnkişafına Dəstək İctimai Birliyi və Azərbaycan İntellektual Oyunlar Federasiyasının birgə dəstəyi ilə yaradılmış Quba İntellektual Klubunun təşkilatçılığı ilə şimal zonasında ilk dəfə “Nə? Harada? Nə zaman?” oyun üzrə ilk Quba çempionatı keçirilib. qhtxeber.az-ın verdiyi məlumata görə, Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət evində baş tutan yarışda rayonun müxtəlif sahələrində çalışan gənclərdən, tələbə və şagirdlərdən ibarət 6 komanda mübarizə aparıb.

Quba komandası sualın cavabını fikirləşir

Quba komandası sualın cavabını fikirləşir

Rəsmi açılış mərasimində çıxış edən “Yurd” İntellektual Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov yarışın baş tutmasında göstərdiyi köməkliyə görə Azərbaycan İntellektual Oyunlar Federasiyasına və Quba rayon Gənclər və idman idarəsinə təşəkkürünü bildirərək əlavə edib ki, belə tədbirlərin təşkilinin əsas məqsədi gənclərin asudə vaxtının

Xəmsə yarışından görüntülər

Xəmsə yarışından görüntülər

səmərəli keçirilməsinə nail olmaq, onların intellektual bacarıqlarını artırmaq və eyni zamanda intellektual gənclərdən ibarət rayon komandasını formalaşdırmaqdır.

Breyn-rinqin qalibi Qubanın "Fətəlixan" komandası

Breyn-rinqin qalibi Qubanın “Fətəlixan” komandası

Tədbirdə çıxış edən Azərbaycan İntellektual Oyunlar Federasiyasının icraçı direktoru Seymur Teymurov bildirib ki, Quba İntellektual Klubu şimal zonasında yaradılan ilk klubdur və sentyabr ayından başlayaraq klubun təşkilatçılığı ilə qubalı gənclər müxtəlif sinxron yarışlara qoşulacaq.
Xəzər İntellektual Gənclər Klubunun üzvü Fuad Əliyevin aparıcılığı ilə start götürən ilk birinciliyin yekununda “Breyin-rinq” və “Xəmsə” yarışlarında iki dəfə zona çempionu olmuş gənclərdən qurulan “Yurd” komandası 12 xalla ilk Quba çempionu adını qazanıb. Tələbə gənclərdən təşkil olunmuş “İks” komandası 11 xalla 2-ci, fəal gənclərdən qurulan “Layf” komandası 4 xalla 3-cü yeri tutub.

Regional İntellekt Liqasının iştirakçıları bir arada

Regional İntellekt Liqasının iştirakçıları bir arada

Yekunda qaliblərə təşkilatçılar tərəfindən fəxri fərmanlar, medallar və kubok təqdim edilib. Qaliblərə kitab hədiyyələri isə kitabxana.net milli virtual kitabxana tərəfindən təqdim olunub. Sonda təşkilatçılar belə yarışların mütəmadi olacağını əminliklərini bildiriblər.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s