Qubada YURD İntellektual Klub yaradıldı

Qubada gənclər üçün intellektual oyunlar keçiriləcək.

Quba şəhəri və ətraf kəndlərdə intellektual oyunların populyarlaşdırılması və inkişaf etdirilməsi məqsədi ilə “YURD” İntellektual Gənclərin İnkişafına Yardım İctimai Birliyi və “Xəzər” İntellektual Gənclər Klubu Qubada intellektual klub təsis ediblər.

Yeni yaradılan klubda “Nə? Harada? Nə zaman?”, “Breyn-rinq”, “Fərdi Oyun” və “Xəmsə” milli intellektual oyunu üzrə yarışlar keçiriləcək. Klubun ilk oyunu iyul ayının 15-də təşkil olunacaq. İlk oyun günündə “Nə? Harada? Nə zaman?” və “Xəmsə” milli intellektual oyunu üzrə yarış keçiriləcək.

14 iyulda Qubada baş tutacaq yarışda Bakıdan Qubaya ezam olunacaq təcrübəli bilicilər qubalı gənclərə intellektual oyunlar barədə məlumat verəcəklər.

“YURD” İntellektual Gənclərin İnkişafına Yardım İctimai Birliyi sədri Ramin Mahmudovun sözlərinə görə, təşkil olunacaq turnir qubalı gənclərin ictimai aktivliyini təmin edəcək və onların intellektual inkişafında yardımçı olacaq.

Azərbaycan İntellektual Oyunlar Federasiyasının icraçı direktoru Seymur Teymurov isə bildirib ki, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrası istiqamətində regionlarda gənclərin intellektual klublarının yaradılmasına yardımçı olmaqla, digər regionlarda da bu işi davam etdirəcəklər.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s