Yay düşərgəsində “YURD”çular ekspert olacaqlar

Qubada Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə “Azərbaycan doğma vətənim” adlı vətənpərvərlik yay düşərgəsi təşkil edilib.

Gün.Az-ın bölgə müxbirinə bu barədə məlumat verən nazirliyin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov bildirib ki, düşərgənini təşkilində əsas məqsəd məktəblilər arasında azərbaycançılıq məfkurəsinin yayılması, vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsi, ölkəmizin milli mədəni irsi və tarixi yerlərinin təbliğidir.

10 gün davam edəcək düşərgədə müxtəlif regionlardan olan təhsildə fərqlənən, aktiv məktəblilərlə yanaşı, aztəminatlı ailələrdən, qaçqın və məcburi köçkün ailələrdən olan məktəblilər də yer alıb.

Düşərgə müddətində məktəblilərə müxtəlif əyləncə oyunları ilə yanaşı “Milli mədəni irsimiz və tarixi abidələr”, “Azərbaycan dilinin inkişafında gənclərin rolu”, “Diyarşünaslığın təbliğində vətənpərvərlik klublarının rolu” , “Azərbaycançılıq məfkursəri və dövlətçilik” və s. mövzularda ekspert mühazirələri, intellektual oyunlar təşkil ediləcək, məktəblilər Qubada mövcud tarixi abidələrlə tanışlıq üçün ekskursiyalarda iştirak edəcəklər.

Məlumata görə mühazirələr, intellektual oyunlar və ekskursiyalar Quba rayon Gənclər və İdman İdarəsinin köməkliyi ilə Qubada fəaliyyət göstərən “Yurd” Gənclərin Vətənpərvərlik Klubunun ekspertləri tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, bu tipli düşərgələr Azərbaycanının Lənkəran, Şəki və İsmayıllı bölgələrində avqust ayına qədər mütəmadi təşkil ediləcək.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s