Xəmsə üzrə II Quba çempionatı

xemse6Gənclərin İntellektual İnkişaf Mərkəzinin təşəbbüsü ilə təsis edilmiş “İntellekt günü” Qubada fəaliyyət göstərən “YURD” GİİD İB tərəfindən də dəstənlənib.

 “İntellekt günü” ilə əlaqədar olaraq Yurd-un təşkilatçılığı ilə Qubada “Xəmsə” MİO üzrə məktbəlilərin II Quba çempionatı baş tutub.

Oyun zamanı

Oyun zamanı

Yarışda şəhər məktəblərini təmsil edən 8 komanda 2 yarımqrupda mübarizə aparıb.

Əsasnaməyə uyğun olaraq hər yarımqrupdan ilk 2 yeri tutan komnada finala vəsiqə qazanıb.

Yarışın üçüncüsü  - "Odlar yurdu" komandası

Yarışın üçüncüsü – “Odlar yurdu” komandası

Finalda mübazirə aparan şəhər 2 saylı tam orta məktəbin “Number One”, şəhər 3 saylı rus dili təmayüllü tam orta məkətbin “Zirvə”, şəhər 5 saylı tam orta məktəbinin “Odlar yurdu” və Texniki Təmayüllü Liseyin “Araz” komandalarının mübarizəsində qalib adını 4000 xalla şəhər 3 saylı rus dillli təmayüllü məktəbin “Zirvə” komandası tutub.

Yarışın ikincisi - "Araz" komandası

Yarışın ikincisi – “Araz” komandası

Əsasnaməyə uyğun olaraq “Zirvə” komandası rəqiblərindən 2 qat artıq xal topladığına görə Xəmsə raundu oynanılmadan Komanda finalda “Xəmsə” raundu oynamadan bu ada layiq görülüb.

Yarışda əslində ikinci yeri “Number One” komandası tutsa da,  məktəb müəllimlərinin tikidi ilə komnada mükafatların almaqdan imtina etdirilib. Buna səbəb guya yarışın ədalətli keçirilmədiyi iddiası olub.

Yarışın qalibi "Zirvə" intellektlərinə kubok təqdim edilərkən

Yarışın qalibi “Zirvə” intellektlərinə kubok təqdim edilərkən

Təşkilatçıların qərarına əsasən yarışda 3-cü və 4-cü olan komandalar müvafiq olaraq 2-ci və 3-cü yerlərin sahibi elan edilərək mükafatlarını alıb.

Beləliklə, II yeri Texniki Təmayüllü Liseyin “Araz” komandası, III yeri isə şəhər 5 saylı tam orta məktəbinin “Odlar yurdu” komandası tutub. Hər iki komanda mənfi saldoya malik olub.

Qalib və mükafatçılar təşkilatçılarla birlikdə

Qalib və mükafatçılar təşkilatçılarla birlikdə

Tədbirin sonunda qalib və mükafatçılara “Yurd “Gənclərin İntellektual İnkişafına Dəstək İB, Quba rayon Gənclər və İdman İdarəsi tərəfindən medal, kubok və diplomlar təqdim edilib.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s