YURD Gənclər Təşkilatının və Azərbaycan İntellektual Oyunlar Klubunun dəstəyi ilə Qubada gənclər arasında Nə? Harada? Nə zaman? intellektual oyunu üzrə II Quba çempionatı baş tutub.
“Üç gözəl” şadlıq sarayında baş tutan yarışda şagirdlər, tələbələr və gənclərdən ibarət 12 komanda mübarizə aparıb.
Komandalar əvvəlcə NHN oyun üzrə qüvvəsini sınayıblar.
Daha sonra 4 komanda Breyn-rinq mərhələsində qalibi müəyyənləşdiriblər.
Bu mərhələdə rəqiblərindən üsten olan gənclərdən ibarət “Fətəlixan” komandası çempionatın qalıbı adını qazanıb.
Şəhər 7 saylı tam orta məktəbini təmsil edən “Lider” komandası 2-ci, şəhər 3 saylı rus dili təmayüllü tam orta məktəbinin “Zirvə” komandası 3-cü olub.
Yekunda qalib və mükafatçılara təşkilatçılar tərəfindən diplomlar, müvafiq əyarlı medallar və kubok təqdim edilib.
Qeyd edək ki, yarışdan hazırlanan reportajlar regionda yayımlanan “Xəyal” TV-nin “Zaman”, RTV-nin “Xəbər vaxtı” informasiya proqramlarında yayımlanıb.