Nə? Harada? Nə zaman? üzrə II Quba çempionatı

Yarış meydançası

Yarış meydançası

YURD Gənclər Təşkilatının və Azərbaycan İntellektual Oyunlar Klubunun dəstəyi ilə Qubada gənclər arasında Nə? Harada? Nə zaman? intellektual oyunu üzrə II Quba çempionatı baş tutub.

"Fətəlixan" komandası sualı təhlil edir

“Fətəlixan” komandası sualı təhlil edir

“Üç gözəl” şadlıq sarayında baş tutan yarışda şagirdlər, tələbələr və gənclərdən ibarət 12 komanda mübarizə aparıb.

Komandalar əvvəlcə NHN oyun üzrə qüvvəsini sınayıblar.

Daha sonra 4 komanda Breyn-rinq mərhələsində qalibi müəyyənləşdiriblər.

"Zirvə" komandası

“Zirvə” komandası

Bu mərhələdə rəqiblərindən üsten olan gənclərdən ibarət “Fətəlixan” komandası çempionatın qalıbı adını qazanıb.

Şəhər 7 saylı tam orta məktəbini təmsil edən “Lider” komandası 2-ci, şəhər 3 saylı rus dili təmayüllü tam orta məktəbinin “Zirvə” komandası 3-cü olub.

Qalib - "Fətəlixan" komandası

Qalib – “Fətəlixan” komandası

Yekunda qalib və mükafatçılara təşkilatçılar tərəfindən diplomlar, müvafiq əyarlı medallar və kubok təqdim edilib.

Qeyd edək ki, yarışdan hazırlanan reportajlar regionda yayımlanan “Xəyal” TV-nin “Zaman”, RTV-nin “Xəbər vaxtı” informasiya proqramlarında yayımlanıb.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s