YURD Gənclər təşkilatı Qubada tarixində daha bir ilkə imza atıb.
Qubada gənclərin ilk rəqs flaşmobu baş tutub.
Təşkilatın fəal üzvü Fərid Eyyubovun rəhbərliyi ilə hayata keçirilən layihənin xoreoqraflığını da Fərid özü icra edib.
10 gün müddətində Quba rayon mədəniyyət evində baş tutan məşqlərdə 50-dən artıq gənc iştirak edib.
Zaman-zaman məşqlərdə say azlığı və say çoxluğu müşahidə edilsə də sonda 25 nəfər gənc yenicə təmir edilərək istifadəyə verilmiş Quba meydanında tarixə imza atıblar.
Çox maraqlı alınan flaşmob hətta bəzi gənclərin üzrəyincə belə olmayıb. Muhafizəkar gənclərin düşüncəsinə görə açıq havada, camaatın içində, xüsusilə də bəzi oğlanların hətta şortiklə oynamasını çoxları həzm edə bilməyib.
Lakin polisin meydanda mövcudluğu onların rəqs edən gənclərə qarşı mənfi niyyətlərinin qarşısını alıb.
Quba tarixində Fərid Eyyubovun rəhbərliyi ilə gerçəkləşdirilən ilk flaşmob uğurla və insidentsiz ötüşüb.
Flaşmobun uğurla alınması gəncləi növbəti tədbirlərə həvəsləndirib.
Yurd gənclər təşkilatı da dərhal təşkilatın nəzdində flaşmob qrupuunun yaradıldığını bildirib və işi Fərid Eyyubova həvalə edib.
Flaşmobu bu likndə izləyə bilərsiniz.