Məktəbli liqasının birinci dövrəsinə yekun vurulub

Bu gün Qubada fəaliyyət göstərən “YURD” GİİD İB-nin təşkilatçılığı və Azərbaycan İntellektual Oyunlar Klubunun dəstəyi ilə məktəblilər arasında təsis edilən “Nə? Harada? Nə zaman? intellektual oyunu üzrə məktəbli liqasının qış mövsümünün final oyunu keçirilib.

 

Oyun zamanı

Təşkilatın sədri Ramin Mahmudovun verdiyi məlumata görə sentyabr ayından start götürən liqanın oyunları hər həftənin şənbə günləri baş tutub. 

Diplomların təqdimatı

Yarışda şəhər məktəblərində təhsil alan 9-11-ci sinif şagidlərindən ibarət 10 komanda mübarizə aparıb.

Diplomların təqdimatı

Yarışın əsasnaməsinə görə hər turda komandalar tərəfindən toplanan xallar toplanıb və yekunda qalib və mükafatçılar müəyyənləşdirilib.

Şəhər 1 saylı tam orta məktəbində baş tutan son tura 5 komanda qatılıb. 

Xatirə şəkli

Səsləndirilən 24 sualın yekununda “Lider” komandası 10, “Zirvə” və “Kritik gənclər” 9, “Şahdağ” 7, “Qafqaz” isə 6 xal toplayıb.

Yekun nəticələrə görə şəhər 7 saylı tam orta məktəbin “Lider” komandası 28 xalla qış çempionu adını qazanıb. Şəhər 3 saylı tam orta məktəbinin “Zirvə” komandası 27 xalla 2-ci olub. Şəhər 1 saylı tam orta məktəbini təmsil edən “Kritik gənclər” isə 23 xalla son anda 3-cülüyü mənimsəyiblər.
Tədbirin yekununda qalib və mükafatçılara təşkilatçılar tərəfindən diplomlar, qalib komandanın hər bir üzvünə isə Azərbaycan və dünya ədəbiyyatının ən çox oxunan əsərlərindən ibarət kitablar hədiyyə edilib.
Qeyd edək ki, növbəti birincilik 2013-cü ilin yanvar ayının 15-dən sonra start götürəcək.
Ümumilikdə bu yarışlar gənclərin bu sahədə inkişafına səbəb olmuşdur.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s