“Yurd”dan Quba üçün daha bir ilk

nDaim ilklərə imza atan “Yurd” Gənclər Təşkilatı region tarixində ilk dəfə daha bir ilkə imza atıb.

Azərbaycanda ilk dəfə olaraq regional çempionat beynəlxalq lisenziya əsasında keçirilib.

n1Qubada fəaliyyət göstərən YURD GİİD İB-nin YURD İntellektual Klubunun, “Xəzər” İntellektual Gənclər Klubu İB-nin və Azərbaycan İntellektual Oyunlar Federasiyasının təşkilatçılığı və Quba rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə Qubada beynəlxalq lisenziyalı “Nə? Harada? Nə zaman? oyun üzrə ilk regional şəhər çempionatı baş tutub.

Heydər Əliyev Mərkəzində baş tutan açılış mərasimində çıxış edənlər – YURD GİİD İB-nin sədri Ramin Mahmudov və Azərbaycan İntellektual Oyunlar Federasiyasının icraçı direktoru Seymur Teymurov yarışın “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının regionlarda intellektual klubların yaradılması və intellektual oyunların təşkili maddəsinə uyöun olaraq keçirildiyini və beynəxlaql lisenziyalı yarışın əhəmiyyətini qeyd ediblər.

Yarış zamanı

Yarış zamanı

Daha sonra məktəblilər, gənclər və tələbələrdən ibarət 11 komandanın iştirak etdiyi yarışa start verilib.

3 mərhələ 36 sualdan ibarət olan yarışın yekununda gənclərdən ibarət “Fətəlixan” komandası çempion adını qazanıb.

Çempionatın qalibi "Fətəlixan" komandası mükafatlandırılır

Çempionatın qalibi “Fətəlixan” komandası mükafatlandırılır

Məktəblilərdən ibarət “Lider” komandası 2-ci, tələbələrdən ibarət “Kranium” komandası 3-cü olub.

Yekunda qalib və mükafatçılara təşkilatçılar tərəfindən diplomlar, medullar və kubok təqdim edilib.

III Quba çempionatının iştirakçıları təşkilatçılarla birlikdə

III Quba çempionatının iştirakçıları təşkilatçılarla birlikdə

Yarışdan hazırlanan sujetlər zonada fəaliyyət göstərən “Xəyal” TV-nin “Zaman” və RTV-nin “Xəbər vaxtı” informasiya proqramlarında və bir sıra internet xəbər agentliklərində yayımlanmışdır.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s