“YURD” Xəmsə üzrə Quba liqasına start verdi

Xemse Quba liqasi I tur“Yurd” Gənclərin İntellektual İnkişfına Dəstək İctimai Birliyinin təşəbbüsü ilə Qubada “Xəmsə” Milli İntellektual oyunu üzrə Quba liqasının I turunun oyunları keçirilib.
Liqanın əsasnaməsinə uyğun olaraq yarışda yaşından asılı olmayaraq hər kəs 5 nəfərdən ibarət komanda şəklində iştirak edə bilər.
4 turdan ibarət olacaq liqanın I dövrəsinə iyun ayında yekun vurulacaq. İştirakçılar hər ay bir tur olmaqla yarışacaq. Turlar üzrə nəticələr bonus xallara görə hesablanacaq.
Quba rayon Gənclər və İdman İdarəsində baş tutan ilk turun oyunlarında 8 komanda qeydiyyatdan keçsə də yarışa 6 komanda qoşuldu.
Hərəsində 3 komanda olmaqla 2 yarımqrupda mübarizə aparan komandalar arasında ilk iki yeri tutan kollektivlər finalda oynamaq hüququ əldə edib.
Final qarşılaşması sözün həqiqi mənasında gərgin mübarizə şəraitində keçib. Xüsusilə də bu oyunlarda daha təcrübəli “Fətəlixan” komandası “Evrika”nın timsalında ciddi rəqiblə üzləşməli olub. Bu artıq komandalararası rəqəbətin formalaşmasının, gənclərin bu istiqamətdə inttelektual səviyyələrinin artırılmasının nəticəsidir.
Bu yarışda ən maraqlı məqamlardan biri isə “Fətəlixan” komandasının üzvü, şəhər 7 saylı tam orta məktəbinin şagirdi Roman Kərimovun Sirli raundda mümkün 4500 xaldan hamisini qazanması olub. 5 sualın 5-nə də hamıdan tez və düzgün cavab verən Roman Kərimov hətta respublikada belə az-az rastlanan uğura imza atıb.
“Xəmsə” yarışına ikinci dəfə qatılan “Evrika” komandası isə daha möhtəşəm uğura imza atıb. Birinci turun qalib olan komandanın tərkibində şəhər 6 saylı tam orta məktəbinin şagirdi Ağasəlim Əliyev özündən söz etdirməyi bacarıb. Sirli raundda komandasına 3000 xal gətirən gənc intellekt ilk qələbənin bünovrəsini qoyub.
Yarışa ilk dəfə qatılan “Skynet” komandası finala vəsiqə qəldə etməsə də gələcək üçün ümidverici bir komanda olduğunu göstərib. Umid edirik ki, gələcəkdə komandanın kapitanı Əlibəy Əsədov daha güclü komandanın formalaşmasına dəstək olacaq.
Xəmsə turnirində ilk dəfə çıxış edən “Zadəganlar” komandası da ilk çıxşdaca finala vəsiqə qazanmaqla diqqət çəkib.
Baxmayaraq ki, komanda üzvləri rəqiblərinin sualın ilk 2-3 sözündən doğru cavabı tapmalarına etiraz edərək bunun mənfi çalarlarını axtarmağa çalışıblar. Yarışda ilk dəfə işçtiraklarını, təcrübəsizliklərini nəzərə alan təşkilat komitəsi onlara bir daha qaydalar barədə geniş məlumat verərək bunun sadəcə intellektual bacarıqdan irəli gəlməsindən qaynaqlandığını bildiriblər.
Yarış uğurlu alınsa da bəzi nöqsanlar da olub. Xüsusilə də belə yarışlarda şakərimizdən əl çəkməyərək yarışan oyunçulara yerdən cavabların deyilməsi müşahidə edilib. Yaınız 6 sual yarışdan çıxarıldıqdan, 3 cavab qəbul edilmədikdən, hətta “Fətəlixan” komandasına sualın nominalına uyğun -1200 xal yazıldıqdan sonra az da olsa problem yoluna qoyulub.
Maraqlı olacağını nəzərə alaraq sizə yarışın nəticlərini təqdim edirik:
A qrupu
1. EVRİKA 1000
2. KRANİUM -600
3. VOSTOK -2900
B qrupu
1. ZADƏGANLAR 600
2. SKYNET -900
3. FƏTLİXAN 10800
Final qrupu
1. EVRİKA 3600
2. KRANİUM 200
3. FƏTƏLİXAN 3500
4. ZADƏGANLAR -500
Xəmsə raunduna müsbət saldoya malik 3 komanda buraxılıb.
Yekun nəticə belə olub:
1. EVRİKA 3599
2. FƏTƏLİXAN 3250
3. KRANİUM 199

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s