YURD 31 mart azərbaycanlıların soyqırımı gününü anım tədbiri ilə qeyd etdi

Yurd Gənclər Təşkilatı Quba rayon MKS ilə birlikdə 31 Mart soyqırım qurbanlarının anım tədbiri keçirib. 
MKS-nin qiraət zalında baş tutan tədbirdə soyqırım qurbanlarının və ümumilikdə Vətən uğrunda həlak olmuş şəhidlərin ruhu bir dəqiqəlik sukutla yad edilib.
Daha sonra tədbir barədə Quba rayon MKS-nin direktor müavini İlhamə Məmmədova geniş məlumat verib.
Tədbirdə çıxış edən YURD GT-nin sədri Ramin Mahmudov erməni terroru və onun günahsız qurbanlarından danışıb və qeyd edib ki, XX əsrin əvvəllərində ermənilər təkcə bu gün Ermənistan adlanan ərazidə deyil, Bakı quberniyasının Bakı, Şamaxı Quba, Göyçay qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda da vaxtaşırı xalqımıza qarşı qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçirmişlər. O qeyd edib ki, 1918-ci ilin ilk 5 ayı ərzində təkcə Quba qəzasında üst-üstə 16 mindən çox insan məhv edilmiş, 122 kənd və 26 məscid yandırılmışdır.
31 Mart Azərbaycanlıların soyqırımı günü ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildən bəri Azərbaycan Respublikasında hər il dövlət səviyyəsində qeyd edilir. Bu tarix bilavasitə 1918-ci il martın sonunda erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı törətdiyi qırğınlar və talanlarla bağlı olsa da, onun xronologiyasının çox geniş olduğunu vurğulayan R.Mahmudov bildirilib ki, Quba soyqırım məzarlığının üzə çıxarılması bu istiqamətdə təbliğatın aparılması və Azərbaycannın haqq səsinin dünyaya çatdırılmasında müstəsna rola malikdir.

Tədbirdə çıxış edənlər bu tarixi həqiqətlərin gənclər arasında təbliğinin böyük əhəmiyyətini vurğulayıb və hər bir vətəndaşın bu istiqamətdə hər an təbliğat maşını ilə çalışmalı olduğunu bildiriblər.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s