Xəmsə üzrə Quba məktəbli liqasının I turuna 10 komanda qatıldı

Xemse mektebli liqasi 1-ci turQubada fəaliyyət göstərən “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi məktəblilərin “Xəmsə” liqasını təsis edib.
Təşkilatdan verilən məlumata görə Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6-ci bəndinə uyğun olaraq təşkil edilən liqanın ilk turunda 10 komanda mübarizə aparıb.

İlk dəfə olaraq yarışa Amsar kəndindən olan məktəblilər də qatılıb. Ümumiyyətlə yarışa qatılan 10 komandanın tən yarısını kənd yerlərində təhsil alan məktəblilər təşkil edib. Bu isə təşkilatın intellektual oyunlara artıq kənd gənclərinin də marağını cəlb etməsinin nəticəsidir.
Komandalar 3 qrupda mübarizə aparıb.
A qrupunda yer alan “Lider”, “Viktoriya”, “Viva la Vida” komandalarının mübarizəsindən sonuncu rahatlıqla 3800 xal toplayaraq finala vəsiqə qazanıb. Və əsasnaməyə uyğun olaraq balansına 20 reytinq xalı əlavə edib.
B qrupunda isə gərgin mübarizə gedib. “İdeal”, “Evrika” və “MAG” komandalarının qarşılaşmasından bu tip yarışda ikinci dəfə yer alan sonuncular “Evrika”nı 100 xal qabaqlayaraq 1100 xalla birinci olub finalda oynamaq hüququ əldə etməklə yanaşı 20 reytinq xalı da qazanıblar.
4 komandanın yer aldığı C qrupunda da gərgin mübarizə son ana qədər davam edib. Sonda “Zirvə” 1500 xalla birinci, “Nurlu Sabah” 1200 xalla ikinci, “Kritik gənclər” 500 xalla üçüncü və “Flaqman” -700 xalla dördüncü olub. “Zirvə” qrup birincisi olaraq 20, “Nurlu Sabah” isə qrup ikincisi olaraq 10 reytinq xalı qazanıb.
Final qarşılaşmasında isə qalib Xəmsə raundu oynanılmadan müəyyən edilib. Yekunda “Zirvə” komandası 600 xalla ilk turun qalibi olub. “Viva la vida” isə -200 xalla ikinci olub. “Nurlu Sabah” -2600, “MAG” isə -4100 xalla müvafiq yerləri tutublar.
Qeyd edək ki, bu yarışda da bir sıra komandalara yerdıən kömək olduöuna görə mənfi xallar yazılıb. Final qarşılaşmasında “Viva la Vida” komandası fərdi raundda 1600 nominallıq suala cavab verib. Sonradan cavaba yerdən kömək olunduğu fikri ortaya çıxıb. Yarışın təşkilat komitəsi araşdırma apardıqdan sonra qərara alınıb ki, xal silinsin.
Əsasnaməyə uyğun olaraq komandalara reytinq xalları bu qayda ilə hesablanır:
Yarımqruplarda : 1-ci yer – 20 xal; 2-ci yer – 10 xal; 3-cü yer – 5 xal; 4-cü yer – 0 xal
Final qrupunda: 1-ci yer – 3 xal; 2-ci yer – 2 xal; 3-cü yer – 1 xal; 4-cü yer – 0 xal
Final oyunundan toplanan hər 500 xala görə əlavə bir xal verilir. Hər mənfi 1000 xala görə isə komandanınn aktivindən 1 xal silinir.
Sonda ilk turdan sonra komandaların reytinq xallarına görə sıralaması belədir:
1. Zirvə – 23
2. Viva la Vida- 22
3. MAG – 16
4. Viktoriya -10
5. Evrika -10
6. Nurlu Sabah – 9
7. Lider – 5
8. İdeal -5
9. Kritik gənclər -5
10. Flaqman – 1

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s