“Yurd” GT-nın Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş silsilə tədbirləri çərçivəsində bu gün tələbələr arasında Xəmsə MİO üzrə I Quba çempionatı keçirilib.
Azərbaycan Müəllimlər İnstitutunun Quba filialında baş tutan yarışda 9 komanda hərəsində 3 komanda olan 3 yarımqrupda mübarizə aparıb.
Yarışın əsasnaməsinə uyğun olaraq hər yarımqrupda ilk yeri tutan komandalar final mərhələsinə vəsiqə qazanıb.
Finalda mübarizə aparan “Clevers”, “Beş ulduz” və “Şahdağ” komandalarının mübarizəsində qalib Xəmsə raundunda müəyyən olunub.
Yekunda “Beş ulduz” komandası 7900 xalla Quba çempionu adını qazanıb. “Şahdağ” komandası 1 xalla ikinci, “Clevers” isə 0 xalla çempionatı 3-cü yerdə bitirib.
” Beş ulduz” komandasının qələbsinin əsasını isə komandanını bilicisi Ağarza Camalov qoyub. Belə ki, Sirli raundun ikinci mövzusuna -100 xalla girən komandanın üzvü Ağarza Camalov ikinci mövzunun bütün 5 sualına doğru cavab verərək komandasına 4500 xal qazandırıb. Ardınca Fərdi raundda da 1600 və 2000 xallıq suallara cavab verən intellekt komandasının qələbəsinin əsasını qoyub.
Yekunda qalib və mükafatçılara təşkilatçılar – “Yurd” GT və Quba rayon Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanlar təqdim edilib.