“Zirvə” zirvəyə qalxdı

Xemse mektebli liqasi III turAzərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6-ci bəndinə uyğun olaraq Qubada fəaliyyət göstərən “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən təşkil edilən məktəblilərin Quba “Xəmsə” liqasının 3-cü turunun oyunları keçirilib.

3-cü turda yalnız 4 komanda mübarizə apardığında yarış yalnız final mərhələsindən ibarət olub.

Bu turda ilk dəfə olaraq məhz Xəmsə raundu baş tutub. Son anda “Viva la Vida” komandasının oyunçusu Ayşən Əliyeva fərdi raundda -2000 xal qazanmaqla liderliyi “Zirvə”yə verib. Nəticədə də ikincilər daha düzgün gediş edərək 3-cü turun qalibi olublar.

Qeyd edək ki, bu “Zirvə” komandasının Xəmsə liqasında ikinci qələbəsidir. Birinci turda da qalib gələn komanda ikinci turda üzrlü səbəbdən yarışda iştirak etməməsinə baxmayaraq III turda yenidən qələbəni bayram edib.

Bu turda mübarizə aparaq  “Zirvə” komandası Xəmsə raunduna 3900 xalla, “Viva la Vida” 3000, “Evrika” 2900, “Zadəganlar” isə -200 xalla keçid alıb. Əsasnaməyə uyğun olaraq yalnız ilk 3 komanda Xəmsə raunduna qatılmaq haqqı qazanıb.

Nəticədə “Zirvə” 400 xallıq, “Viva la Vida” 2900, “Evrika” isə 2900 xallıq gedişlə risk ediblər. Heç bir komanda sualaı doğru cavablandırmadığına görə daha az risk edən “Zirvə” komandası turu 3500 xalla birinci başa vurub. “Viva la vida” 100 xalla ikinci, Evrika” isə 0 xalla üçüncü olub.

3 turdan sonra yekun reytinq cədvəlini açıqlamadan öncə bir daha hər kəsə aydın olsun deyə reytinq xallarının hesablanmasını təqdim edirik:
Əsasnaməyə uyğun olaraq komandalara reytinq xalları bu qayda ilə hesablanır:
Yarımqruplarda :

– 4 komandalı yarımqrupda – 1-ci yer – 20 xal; 2-ci yer – 10 xal; 3-cü yer – 5 xal; 4-cü yer – 0 xal

– 3 komandalı yarımqrupda – 1-ci yer – 10 xal; 2-ci yer – 5 xal; 3-cü yer – 0 xal;

– 2 komandalı yarımqrupda – 1-ci yer – 5 xal; 2-ci yer – 0 xal;

Final qrupunda: 1-ci yer – 3 xal; 2-ci yer – 2 xal; 3-cü yer – 1 xal; 4-cü yer – 0 xal
Final oyunundan toplanan hər 500 xala görə əlavə bir xal verilir. Hər mənfi 1000 xala görə isə komandanınn aktivindən 1 xal silinir.
Sonda 3 turdan sonra komandaların reytinq xallarına görə sıralaması belədir:
1. Zirvə –34
2. Viva la Vida- 26
3. Evrika – 21
4. Everest -14
5. Nurlu Sabah – 9
6. Viktoriya – 7
8. MAG -6
9. Kritik gənclər -5
10. Lider – 5

Liqanın yaz mövsümünün son turu mayın 26-na planlaşdırılıb.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s