“Zirvə” 1 xalla zirvədən düşdü

Foto4851Qubada Heydər Əliyev Mərkəzində “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək” İB-nin təşkilatçılığı və Quba rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə təsis edilən məktəblilərin Xəmsə liqasının son turu keçirilib və liqanın qalib və mükfatçıları müəyyənləşdirilib.
Foto49482013-cü ilin yanvar ayından start götürən yarışın əsas məqsədi “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6-cı bəndinin – regionlarda intellektual klubların yaradılması və intellektual yarışların təşkili – icrasına dəstək olmaq, ölkədə keçirilən müxətlif intellektual yarışlarda iştirak üçün Quba komandasının heyətinə yeni namizədlər yetişdirməkdir.
Foto4991 Foto4993Hər ayda 1 tur oynanılan liqada ümumilikdə 11 komanda mübarizə aparıb. Komandaların 5-nin məhz kənd ərazilərrində yaşayan və thisl alan məktəblilərdən ibarət olması artıq bu oyunların kənd gənclərini də əhatə etməsinə təkan verib.
Gərgin keçən liqada qalib son turda müəyyənləşib. Son tura qədər 34 xalla ən yaxın izləyicisi “Viva la Vida”nı 5 xal qabaqlayan “Zirvə” biliciləri yekun turun nəticəsində 1 xal fərqlə rəqiblərini önə buraxıblar.
Foto5003Yekunda Raman Kərimov, Samir Ələkbərov, Ayşən Ağayeva, Nuray Dadaşova və Zülfiyyə Sərkərovadan ibarət “Viva la Vida” komandası 46 xalla liqanın ilk qalibi adını qazanıblar. Huseyn Salayev, Aydan Bəybalayeva, Vahid Mustafayev, Aslan Əkbərov, Leyla Abasovadan ibarət “Zirvə” komandası 45 xalla ikinci olub. “Evrika” komandası Ağasəlim Əliyev, Məhəmməd Məmmədzadə, Murad Barcelona Almasov, Tərlan Salahzadə və Orxan Bagirovdan ibarət heyətlə yekunda 33 xalla yarışın son mükafatçısı olub.
Foto5012Yekunda qaliblərə təşkilatçılar tərəfindən diplom və kubok, digər mükafatçılara isə diplomlar təqdim edilib.

Xemse mektebli liqasi IV tur yekun xal durumu mektebeli liqasiP.S. Sonda əməyi keçən hər kəsə başda Heydər Əliyev Mərkəzinin direktoru Elza xanım Orucovaya, Quba rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayevə, Мансур Мамедовa, şəhər 7 saylı, 6 saylı, 3 saylı, I Nügədi 1 saylı, II Nügədi 1 saylı, Alekseyevka tam orta məktəblərinin rəhbərlərinə, Vəfa müəlliməyə, təşkilatın məktəb koordinatorları Raman Kərimova, Murad Almasova, Samirə Xəlilbəyovaya,Xeyal H-ova, Aqa Salimova, təşkilatın fəalları – Tural Nesirova, Qenimet Cavadova, Seva Sevdiyevaya, Nermin Abdullayevaya və Əntiqə Allahverdiyevaya ilin əvvəlindən bu günə qədər yarışın baş tutumasında etdikləri köməyə görə təşkilat adından dərin təşəkkürümü bildirirəm.
Sağ olun. Minnətdarıq. Növbəti dərs ilində daha geniş masştablı Xəmsə liqası ilə qarşınızda olmağa çalışacıq.

One thought on ““Zirvə” 1 xalla zirvədən düşdü

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s