“Fətəlixan” 4-cü kubokunu qazandı

Xemse-gencler son tur“Yurd” Gənclər Təşkilatı təsis etdiyi “Xəmsə” Gənclər liqasının bahar mövsümünə yekun vurub

“Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək” İB-nin təşkilatçılığı və Quba rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə təsis edilən gənclərin Xəmsə liqasına da yekun vurulub.

Təşkilatın mətbuat xidmətinin rəhbəri Tural Nəsirovun verdiyi məlumata görə 2013-cü ilin yanvar ayından start götürən yarışın əsas məqsədi “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6-cı bəndinin – regionlarda intellektual klubların yaradılması və intellektual yarışların təşkili – icrasına dəstək olmaq, ölkədə keçirilən müxətlif intellektual yarışlarda iştirak üçün Quba komandasının heyətinə yeni namizədlər yetişdirməkdir.

Hər ayda 1 tur oynanılan liqada ümumilikdə 8 komanda mübarizə aparıb.

Gərgin keçən liqada qalib  son turda müəyyənləşib. Son tura qədər “Kranium” komandası 21 xalla liqaya başçılıq edib. “Evrika” 20 xalla ikinci, “16 xalla “Fətəlixan” komandası isə üçüncü yerdə qərarlaşıb.

Son turda “Fətəlixan” komandası 1-ci, “Skynet” 2-ci və “Clevers” isə 3-cü olub.

yekun xal durumu gencler liqasiYarışın ümumi nəticələrinə əsasən Raman Kərimov, Nuray Dadaşova, Nərmin Dadaşova, Vüqar Hüseynov  və Teyyub Zülfüqarovdan ibarət “Fətəlixan” komandası 34 xalla liqanın ilk qalibi adını qazanıb. Məhəmməd Muradov, Camal Məmmədov, Şahin Abdullayev, Vüqar İsmayılov və Cəfər Muradovdan ibarət “Kranium” komandası 32 xalla ikinci olub. “Evrika” komandası Ağasəlim Əliyev, Məhəmməd Məmmədzadə, Murad Almasov, Tərlan Salahzadə və Orxan Bağırovdan ibarət heyətlə yekunda 21 xalla yarışın son mükafatçısı olub.

Yekunda qaliblərə təşkilatçılar tərəfindən diplom və kubok, digər mükafatçılara isə diplomlar təqdim edilib.

P.S. Son turda oyunçular arasında ən çox xal toplayan oyunçu “Kranium”un üzvü Vüqar İsmayılov olub. O, komandasının balansına 4200 xal qazandırsa da yekunda qalib olmasına yetməyib.

P.S.S. Bu turda ən çox mənfi xal qazanan da məhz “Karanium”çu Cəfər Muradov olub. O, komandasının balansından 1500 xal sildirib. )))

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s