“Yurd” Xəmsə üzrə VI Azərbaycan çempionatında

xemse13Bakıda Kempinski Hotel badamdarda Azərbaycan respublikası Gənclər və idman nazirliyinin tədbirlər planına daxil edilən və Gənclərin İntellektual İnkişaf Mərkəzinin təşkilatçılığı, Mobitel-in tərəfdaşlığı ilə Xəmsə üzrə VI Azərbaycan çempionatının final oyunları keçirilib.

Yarışda Qubanı zona seçim turunun ikincisi “Yurd” komandası təmsil edib.

xemse16Final mərhələsində mübarizə aparan 32 komanda hərəsində 4 olmaqla 8 qrupa bölünüb. Daha sonra hər qrupdan iki komanda digər 4 qrupu müəyynələşdirib. Daha sonra ilk iki komanda iki yarımqrupda mübarizə aparıb. Hər qrupun da ilk iki komandası finalda çempion adı uğrunda yarışıb.

Komandamız ilk seçim turunda Bakının “Xəzri Polis” və “El-klassiko”, Qusarın “Flaminqo” komandaları ilə yarışmalı olub.

xemse14Sirli raundun son iki mərhələsinə 3700 xalla ikinci girən komanda bu iki mərhələdə -800 xalı qapatmağa müvəffəq olan “El-klassiko”nu önə buraxıb.

Yekunda müsbət 2500 xalla “Yurd” qrupda üçüncü olub.

Qeyd edək ki, Xəmsə yarışları tarixində final vəsiqə qazanan Quba komandaları arasında bu ən yüksək nəticədir. Bülə ki, 2007-ci ildə finalda yarışan “Azəri” komandası -100, “Şahdağ” 0 xalla qrupda qalıb, 2012-ci ildə isə “Fətəlixan” -600 xalla qrupda qalmışdı.

Qeyd edək ki, sonda yarışın qalibi adını Şirvanını “Yamato” komandası qazanıb. Komanda finalda Sumqayıtın “Bir qalanın sirri”, Bakının “El-kalssiko” və Sumqayıtın “Bello-çao” komandalarından güclü olub.

xemseSonda komandanın bütün heyətini təqdim edirik.

Roman Kərimov, Murad Almasov, Cəfər Muradov, Ağasəlim Əliyev, Teyyub Zülfüqarov, Orxan Bağırov, Teymur Mİkayılov Vüqar Hüseynov, Rəşaq Yusifov, Gülər Sadaylı, Əntiqə Allahverdiyeva, Vüqar ismayılov və Camal Məmmədov.

 

Sonda şəkillərlə tanış olun:

xemse15 xemse2 xemse3 xemse4 xemse5 xemse6 xemse7 xemse8 xemse9 xemse10 xemse12

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s