Qubanın ən fəal blogeri Gülər Səxavət seçildi

blog1“Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi daha bir layihəyə yekun vurub.
Quba rayonunda gənclər arasında bloqçuluğun inkişafı istiqamətində reallaşdırılan “Ən yaxşı bloq yazısı” müsabiqəsi mart ayından start götürüb.
пгдукLayihənin reallaşdırılmasının əsas məqsədi gənclər arasında internetdən səmərəli istifadənin artırılması, bloqçuluğun təbliği, müstəqil təhlil etmə, yazı yazma, jurnalistik fəaliyyətin inkişaf etdirilməsidir.
ьурьфтLayihə eyni zamanda “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq bəndində nəzərdə tutulan işlərin icrasına yönəldilib.
Müsabiqəyə Qubada fəaliyyət göstərən bloqçuların yazıları təqdim edilib.
Münsiflər heyətinin qərarına əsasən müsabiqəyə təqdim edilən 10 yazı nümunəsi arasında 4 nəfər seçilib.
йутшGülər Sadaylı müsabiqəyə təqdim etdiyi “Həyat yoldaşını döyməyi şərəf sayan şərəfsizlər” (http://gulersexavet.wordpress.com/2013/03/12/h%C9%99yat-yoldasini-doym%C9%99yi-s%C9%99r%C9%99f-sayan-s%C9%99r%C9%99fsizl%C9%99r/) adlı yazı ilə müsabiqənin qalibi olmaqla yanaşı, həm də regionun ən fəal blogeri seçilib.
Müsabiqədə ikinci yeri Mehman Fərmanovun “Xoca” filmi ilə bağlı yazdığı ““Xoca” nın görünən tərəfləri” adlı bloq yazısı (http://yeni-dovr.blogspot.com/2013/03/xoca-nn-gorunn-trflri.html?spref=fb) , üçüncülüyü isə Qənimət Cavadovun “Uçuruma aparan yol…” (http://qlobal.wordpress.com/2013/01/13/ucuruma-aparan-yol/) bloq yazısı tutub.
тукьштNərmin Abdullayeva isə “SÖZLƏRDƏKI SEHR…” (http://nerminabdulla.wordpress.com/2013/03/10/sozl%C9%99rd%C9%99ki-sehr/) adlı bloq yazısı ilə müsabiqənin həvəsləndirici mükafatına sahib çıxıb.
Qeyd edək ki, layihənin ideya müeəllifi və rəhbəri “Yurd” GİİD İB-nin PR meneceri Tural Nəsirovdur. Yaxın günlərdə qaliblərin mükafatlandırılması həyata keçiriləcək.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s