Xəmsə Yay Liqasında III tur başa çatdı

Xəmsə Yay liqası III turBu gün Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin oxu zalında Yurd GİİD İB-nin təsis etdiyi “Xəmsə Yay Liqası”nın III turunun oyunları keçirilib.
5 komandanını mübarizə apardığı yarışda “Fətəlixan” komandası 3010 xalla turun qalibi olub. “Krizis” (keçmiş “Kranium) komandası 2199 xalla ikinci, “Antivirus” komandası isə 1 xalla üçüncü olub. “Domino” komandası bu turda -3100 xalla dördüncülüklə, ilk turun qalibi olan “Five Spartacus” komandası isə final qrupuna vəsiqə qazanmamaqla beşinciliklə barışıb.
Yarışda ən maraqlı an A qrupunda Bəlli raundda yaşanıb. Belə ki, həmin raunnda “Azərbaycan futbolu” mövusunda “Fətəlixan”ın üzvü Vüqar İsmayılov bütün 5 suala doğru cavab verərək komandasına 1500 xal qazandırıb.
Ümumilikdə (müsbət və mənfilərin ümumi balansına əsasən) bu turda “Krizis”dən Pərviz Muradov 2400, Şahin Abdullayev 1800, “Domino”dan Zaur Məmmədov 1300, “Antivirus”dan Roman Kərimov 1800, Vahab Əhmədov 1900, “Fətəlixan” komandasından isə Vüqar Huseynov 3000 və Vüqar İsmayılov isə 2800 xal qazanıb.
Növbəti turun oyunları iyulun 13-də saat 10-da baş tutacaq.

III turdan sonra komandaların xal durumu belədir.

1. “Fətəlixan”                         52 xal

2. “Five Spartacus”               23

3. “Krizis”                              16

4. Antivirus”                            1

5. “Günəş”                             -1

6. “Domino”                          -3

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s