Möhtəşəm final və 10 mini aşılmış xal

Xəmsə Yay liqası IV turQuba YURD GİİD İB-nin ttəsis etdiyi “Xəmsə Yay Liqası”nda bu gün 4-cü turun oyunları keçirilib.
Ötənturdan fərqli olaraq bu dəfə daha iki komanda yarışa qoşulub. “1453” və “FBİ” komandaları ilk yarış üçün pis təsir bağışlamayıblar.
A qrupunda “FBİ”, “Five Spartacus” və “Krizis” komandalarından son ikisi, B qrupunda isə “Antivirus”, Fətəlixan” və “1453” komandalarından isəilk ikisi finala vəsiqə əldə edib.
Final çox gərgin mübarizə şəraitində keçib. Xəmsə raunduna “Krizis” 6700, “Five Spartacus” 6800, “Fətəlixan” 8600, “Antivirus” isə 1900 xalla girib.
Son nəticədə son raundun sualını düzgün tapan “Fətəlixan” 10350 xalla birinci, “Krizis” 8601 xalla ikinci olub. Suala səhv cavab verən “Five Spartacus” 6799 xalla üçüncü, “Anticirus” isə 1899 xalla sonuncu olub.
Turda yalniz bir nəfər “Antivirus”lu Raman Kərimov qrup oyunuda Bəlli raundda bütün 5 suala düz cavab verib.
Bu günki oyunda bir raundda komaqndasına ənçox xal qazandıran oyunçu ünvanını “Five Spartacus”un kapitanı və bu oyunların davamlı iştirkaçısı Tərlan Salahzadə
əldə edib. O, final oyunun Fərdi raundunda komandasına 3200 xal qazandırıb.
Bir raunda ən çox xal toplayanların siyahısında “Fətəlixan”lı Vüqar İsmayılov 3000 xalla, yenə də o komandanın üzvü Vüqar Huseynov və “Krizis”in intellekti Pərviz Muradov 2800 xalla Tərlan Salahzadəni təqib edib.
Ümumilikdə isə bu turda bütün oyun boyu “Fətəlixan”lı Vüqar Hüseynov 10100 xal, “Krizis”dən Pərviz Muradov 8800, “Fətəlixan”dan Vüqar İsmayılov 7900, “Five Spartacus”dan Tərlan Salahzadə 6200 və “Antivirus”lu Roman Kərimov isə 5600 xal toplayıb.

IV turdan sonra xal durumu belədir:

1. FƏTƏLİXAN                            87

2. KRİZİS                                    46

3. FİVE SPARTACUS                43

4. ANTİVİRUS                            11

5. DOMİNO                                 2

6. 1453                                       1

7. FBİ                                         1

8. GÜNƏŞ                                -1

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s