Müasir yazar VARİS-lə görüş

varQubada fəaliyyət göstərən “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək ictimai Birliyinin təşkilatçılığı və Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Quba rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə baş tutan görüşdə qubalı yazar və şarilər, gənclər və yazıçının oxucuları iştirak edib. 553071_397280370377137_271357334_nTəşkilatdan verilən məlumata görə tədbiri “Yurd” GİİD İB-nin sədri Ramin Mahmudov açaraq görüşün məqsədindən danışıb, yazıçı Varisin yaradıcılığından bəhs edib. Daha sonra Quba MKS-nin direktoru Saməddin Nəsirov gənclərə görüşə gəldiyinə görə yazıçıya minnətdarlığını bildirib və belə görüşlərin yazıçı-oxucu arasındakı münasibətlərin inkişafında, eləcə də gənclərin kitaba marağının artmasında böyük rol oynadığını qeyd edib.

45261_397280440377130_1419880901_nÇıxış edənlər – qubalı yazar Kərim Dünyamalı, şair Cabir Albantürk və Rima Saçlı ədəbiyyatımızın bu günündən bəhs edib, Varisin daha çox oxunmasının günün nəbzinə uyğun əsərlər yazmaqla əlaqələndiriblər. Daha sonra Varis ədəbiyyata gəlişindən, əsərlərinin yazılma tarixndən, maraqlı hadisələrdən söhbər açıb, gələcək planları barədə məlumat verib, Azərbaycannın cənnət guşəsi olan 399273_397280840377090_136608264_nQubada olmaqdan məmnun olduğunu bildirib. Gənclərin sualları ilə davam edən görüşün sonunda Varis Yurd GİİD İB-nin fəxri üzvü seçilib və ona fəxri üzvlük vəsiqəsi və gənclərin ədəbiyyata marağının artmasında göstərdiyi xidmətlərə görə fəxri fərman təqdim edilib. Yazıçı da öz növbəsində bir sıra əsərlərini həm Quba MKS-nin kitab fonduna, həm də oxucularına hədiyyə edib. Bildiriək ki, ədəbi mühitə 2008-xi ildə çap etdirdiyi Sonuncu ölən ümidlərdir kitabı ilə qədəm qoyan yazıçının bu günə kimi “Bir ovuc torpaq”, “Sənə inanıram”, “Əzizlmiş fotoşəkillər”, “77-ci gün”, “Yol ayrıcında azıbqalanlar” və “Metomorfoz” əsərləri oxucuların ixtiyarına verilib. “Bir ovuc torpaq” əsərinə Lider TV-də bədii serial çəkilən yazıçının hazırtda “Sənə inanıram” adlı romanına da film çəkilir. Filmin ssenari müəllifi də Varisin özüdür.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s