Vüqar İsmayılov “Fətəlixan”ı ikinciliyə daşıdı

Xəmsə Yay liqası VIII turQubada YURD GİİD İB-nin təsis etdiyi “Xəmsə Yay Liqası”nda bu gün 8-ci turun oyunları keçirilib. Turda 5 komanda mübarizə aparıb.

Qarşılıqlı razılaşmaya əsasən 2 komandalı qrupda 3 komandalı qrupun yarışında sonuncu olan komanda qoşulmalı idi. Bu hüququ “A” qrupunda sonuncu olan “Five Spartacus” qazanıb.
A qrupunda  “Five Spartacus”, “Krizis” və “Antivirus”  komandalarından son  ikisi, B qrupunda isə “Fətəlixan”, “Çao Bella” və “Five Spartacus″ komandalarından da ilk iki komanda finala vəsiqə əldə edib.

Finalda 4 komandanını gərgin mübarizəsinə üzrlü səbəbdən “Fətəlixan” komandasının 4 üzvünün yarışı tərk etməsi son qoyub. Belə ki, Bəlli raundun sonunda “Ftəlixan” və “Çao Bella” hərəyə 600 xalla birinciliyi bölüşürdü. “Fətəlixan”ın 4 oyunçusu yarışı tərk etdikdən sonra komandanını üzvü Vüqar İsmayılov liderliyi öhdəsinə almaq məcburiyyətində qalıb və o oyunu sonuna qədər tək yarışıb. Qaydalara görə komandanın tək oyunçusu yalnız hər raundda bir dəfə yarışa bilər. Bu üzdən Vüqar ismayılov Şərtli raundda komandasına 600 xal, Sirli raundda 2400 xal qazandırıb. Xəmsə raundunda da tək başına mübarizə aparaq Vüqar İsmayılov komanda yoldaşlarının yoxluğunu hiss etdirmədən komandaya müsbət 2500 xalla ikincilik və əlavə 15 xal qazandırıb.

Xatirladanq ki Xəmsə raunduna “Krizis” 6000 xalla birinci, “Fətəlixan” 3000 xalla ikinci qədəm qoyub. “Antivirus” -1200, “Çao Bella” isə -3700 xala sahib olduğundan Xəmsə raundunda iştirakdan məhrum olub.

Xəmsə raundunda heç bir komanda suala doğru cavab vermədiyinə görə son durum belə olub.

“Krizis” 5999 xalla birinci, “Fətəlixan” 2500 xalla ikinciliyi əldə edib. “Antivirus”  bu tur -1200 xalla üçüncü, ötən turun qalibi “Çao Bella” isə -3700 xalla sonunculuqla barışıb.

Turda “Çao Bella”lı Zaur Məmmədov  fərdi raundda 2000 xallıq suala doğrui cavab verib. 

Ümumilikdə bu günki turda komandasına 3000 xaldan yuxarı xal qazandıran 8 oyunçu olub:1. Pərviz Muradov (Krizis)         7900

2. Günay Bayramova (Krizis)    6300

3. Roman Kərimov (Antivirus)   4700

4. Camal Məmmədov  (Krizis)   4600

5. Vüqar ismayılov (Fətəlixan)     4100

6-7. Zaur Məmmədov (Çao Bella) 3100

6-7. Mehman Fərmanov (Five Spartacus) 3100

8. Şahin Abdullayev (Çao Bella)  3000

Turun nəticələrinə əsasən Krizis aktivinə 41, Fətəlixan 20, Antivirus 9, Çao Bella 8 və Five Spartacus isə 2 xal yazdırıb.

VIII turdan sonra xal durumu belədir:

1. KRİZİS                                    167

2. FƏTƏLİXAN                            139

3. FİVE SPARTACUS                 76

4. ÇAO BELLA                            58

5. ANTİVİRUS                              46

6. 1453                                          1

7. FBİ                                            1

8. Brain Storm                              1

9. GÜNƏŞ                                   -1

 

Növbəti turun oyunları avqustun 15-də keçiriləcək.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s