“Fətəlixan” büdrədi, “Five Spartacus”lu gənclər ilk qələbələrini bayram etdi

Xəmsə Yay liqası IX turQubada YURD GİİD İB-nin təsis etdiyi “Xəmsə Yay Liqası”nda bu gün 8-ci turun oyunları keçirilib. Turda 5 komanda mübarizə aparıb.

Qarşılıqlı razılaşmaya əsasən 2 komandalı qrupda 3 komandalı qrupun yarışında sonuncu olan komanda qoşulmalı idi. Bu hüququ “A” qrupunda sonuncu olan “Antivirus” qazanıb.
A qrupunda  “Five Spartacus”, “Krizis” və “Antivirus”  komandalarından ilk  ikisi, B qrupunda isə “Fətəlixan”, “Çao Bella” və “Antivirus″ komandalarından da son iki komanda finala vəsiqə əldə edib.

Bu qrupda diqqətçəkən məqam “Fətəlixan”la bağlı olub. KOmanda əsas rəqibi “krizis”lə xalq fərqini aradan qaldırmaq və hətta onu keçmək üçün qrupu qalib kimi bitirmək və ardınca finalda da qələbə çalmaq və müsbət xallar toplamalı idi. Məhz bu addım komandanı qrupda saxladı. Belə ki, fərdi raunda 700 müsbət xalla girən “Fətəlixan” bu raundda 400 xal əldə edərək xalını 1100-ə çatdırır. Bu isə qrupda ikincilik demək idi. Çünki “Antivirus” 1500, “Çao bella” isə 0 xala malik idi. Lakin məhz qrupda birinci olub 10 əlavə bal qazanmaq niyyətndə olan “Fətəlixan” risk edərək 1200 xallıq sualda düyməni sıxır və səhv cavab verir. Bu da komandanın -100 xalla qrupda sonuncu olmasına və final mərhələsindən kənarda qalmasına səbəb olur.

Eyni zamanda bu qrupda ən maraqli cəhət isə “Çao Bella” komandasının yalnız 2 oyunçu ilə hər raundda 3 mövzunu buraxmaq şərtilə finala vəsiqə qazanması olub.

Finalda 3 komandanını razılığı əsasında heyətləri tam olmayan komanda üqzlərinin bir tuirda bir neçə dəfə yarışmasına icazə verilib.

Finalda 4 komandanın gərgin mübarizəsindən ilk dəfə yarışların davamlı iştirakçısı olan “Five spartacus”lu gənclər qalib ayrılıb. Xəmsə raunduna “Krizis”dən  500 xal geridə girən komanda 2599 xallıq gedişlə risk edir və suala doğru cavab verməklə aktivlərini 7999 xala çatdırara 9-cu turun qalibi olub.

Xatirladanq ki Xəmsə raunduna “Krizis” 5900 xalla birinci, “Five Spartacus” 5400 xalla ikinci, “Antivirus” 1400 xalla üçüncü qədəm qoyub. “Çao Bella” isə -600 xala sahib olduğundan Xəmsə raundunda iştirakdan məhrum olub.

Xəmsə raundunda “Krizis” suala səhv, “Five Spartacus” və “Antivirus” isə düz cavab verib. Yekunda  “Five Spartacus” 7999 xalla birinci, “Krizis” 5800 xalla  ikinci,  “Antivirus”  1800 xalla üçüncü olub.  “Çao Bella” isə -600 xalla sonunculuqla barışıb.

Turda “Krizis”dən Günay Bayramova və Pərviz Muradov ayrı ayrılıqda qrup və final oyunlarında fərdi raundda 2000 xallıq suala doğru cavab veriblər.

Ümumiyyətlə bu turda yalnız iki oyunçu “Fətəlixan”dan Vüqar ismayılov və “Five Spartacus”dan Tərlan Salahzadə bəlli raundda 4 suala cavab verərək komandalarına müvafiq olaraq 1000 və 1100 xal qazandırıblar.

Bu günki turda komandasına 3000 xaldan yuxarı xal qazandıran 3 oyunçu olub:

1. Pərviz Muradov (Krizis)         7100

2. Günay Bayramova (Krizis)    6200

3. Mehman Fərmanov (Five Spartacus) 4100

Turun nəticələrinə əsasən ” Five Spartacus” aktivinə 40, Krizis 31, “Antivirus” 19, “Çao Bella” 6, “Fətəlixan” 1  xal yazdırıb.

IX turdan sonra xal durumu belədir:

1. KRİZİS                                    198

2. FƏTƏLİXAN                            140

3. FİVE SPARTACUS                 116

4. ANTİVİRUS                               65

5. ÇAO BELLA                             64

6. 1453                                          1

7. FBİ                                            1

8. Brain Storm                              1

9. GÜNƏŞ                                   -1

Növbəti, sonuncu  turun oyunları avqustun 18-də keçiriləcək.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s