“Yurd” GMKİB ilə əməkdaşlıq haqqında razılıq əldə edib

DSCF7241“Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi (Yurd GİİD İB) gələcək fəaliyyətini daha geniş və uğurlu icra etmək məqsədilə daha bir gənclər təşkilatı ilə əməkdaşlıq barədə razılıq əldə edib.

DSCF7249Belə ki, Bakıda fəaliyyət göstərən aktiv gənclər təşkilatlarından olan “Gənclərin Maarifləndirilməsinə Kömək” İctimai Birliyi Qubaya səfəri çərçivəsində təşkilatın ofisində olub, “Yurd”un fəal gəncləri ilə görüşüb, gələcəkdə birgə layihələrin icrası istiqamətində ilkin razılıq əldə olunub.

Təşkilat sədrləri Ramin bəy (Yurd) və İlkin bəy (GMKİB) rəhbərlik etdikləri təşkilatların fəaliyyətləri barədə iştirakçı gənclərə geniş məlumat veib, icra etdikləri layihələr barədə danışıblar. Eyni zamanda qərara alınıb ki, hər iki tərəfdən gənclərin  fərdi təşəbbüslərinin birgə layihələr şəklində icrası üçün GMKİB-nin nəzdində fəaliyyət göstərən beyin mərkəzi vasitəsilə müxtəlif təlim-görüşlər təşkil olunsun.

DSCF7250Qeyd edək ki, bu əməkdaşlıqla “Yurd” GİİD İB-nin əməkdaşlıq etdiyi respublika üzrə fəaliyyət göstərən təşkilatların sayı 11-ə çatıb. Bu günə qədər təşkilat QHT Əməkdaşlıq Alyansının üzvü olmaqla yanaşı, GİİM, Xəzər, AİOK, AİOF, AGAT, İslahatçı gənclər, ARGTMŞ, Müasir gənclər, ADTGT ilə əməkdaşlıq edir.

 

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s