“Fətəlixan” ikinciliyi “Five spartacus”a verdi

DSCF7264Qubada YURD GİİD İB-nin təsis etdiyi “Xəmsə Yay Liqası”na yekun vurulub.

DSCF7283Qarşılıqlı razılaşmaya əsasən 2 komandalı qrupda 3 komandalı qrupun yarışında sonuncu olan komanda qoşulmalı idi. Bu hüququ “A” qrupunda sonuncu olan “Antivirus” qazanıb.

A qrupunda  “Five Spartacus”, “Çao Bella” və “Antivirus”  komandalarından ilk ikisi, B qrupunda isə “Fətəlixan”, “Krizis” və “Antivirus″ komandalarından da son iki komanda finala vəsiqə əldə edib.

DSCF7287Bu qrupda diqqətçəkən məqam “Fətəlixan”la bağlı olub. Ötən turda qrup birinciliyi əldə etməyə çalışan komanda fərdi raundda suala səhv cavab verərk finaldan məhrum olaraq yalnız 1 xalla kifalətlənmişdirsə, bu dəfə sözün həqiqi mənasında fiasko yaşayıb. A qrupunda sonuncu olaraq B-də yarışmaq imkanı qazanan “Antivurs” fərdi raundda möcüzəyə imza atıb. -1700 xalla fərdi raunda qoşulan komanda nəyinki 1200 xala sahib “Fətəlixan”la xalları bərabərləşdirib, hətta onu 2000 xallıq suala cavab verməklə finaldan məhrum edib.

Bu turnirdə kəşf etdiyimiz  intellekt-Zaur Məmmədov

Bu turnirdə kəşf etdiyimiz intellekt-Zaur Məmmədov

“Antivirus”lu Vahab Əhmədov fərdi raundda 1600 və 2000 nominalına düzgün cavab verərək komandasını 1900 xalla finala daşıyıb.

“Fətəlixan”ın finalda olmaması isə onu son iki turda qarabaqara izləyən “Five Spartacus”çular üçün “göydəndüşmə” olub. Finala qədər əsas rəqiblərindən 24 xalla geridə olan “spartakçı”lar bu fərqi aradan götürməyə nail olaraq liqanın ikinciliyini əldə edib.

Finalda 4 komandanın gərgin mübarizəsindən “Kriuzis” qalib ayrılıb. Xəmsə raundundan sonra “Krizis”dən 11500 xal birinci, “Five Spartacus” 5987 xalla ikinmci, “Antivirus” 500 xalla üçüncü olub. “Çao Bella ” isə -1600 xalla bu dəfə dördüncülüklə barışıb. 

Turda “Krizis”dən Pərviz Muradov, “Five Spartacus”dan Tərlan Sahazadə və “Antivirus”dan Vahab Əhmədov ayrı ayrılıqda qrup və final oyunlarında fərdi raundda 2000 xallıq suala doğru cavab veriblər.

Xəmsə Yay liqası X turÜmumiyyətlə bu turda aşağıdakı oyunçular bir raundda 4 suala doğru cavab veriblər: Rəşad Yusifov (Çao Bella), Günay Bayramova (Krizis) Bəlli raundda, Şahin Abdullayev (Çao Bella) Şərtli raundda və “krizis”dən yenə də Günay Bayramova Sirli raundda, Tərlan Salahzadə (Five Spartacus) isə Fərdi raundda bu uğura imza atıblar.

Eyni zamanda bu turda Tərlan Salahzadə həm bəlli, həm də sirli raundda, Mehman Fərmanov (Five Spartacus) və Pərviz Muradov (Krizis) şərtli raundda bütün 5 suala doğru cavab verib.

Turda Tərlan Salahzadədən başqa daha iki oyunçu – Vahab Əhmədov (Antivirus) və Prəviz Muradov (Krizis) fərdi raundun 2000 nominallıq sualına doğru cavab veriblər.

Bu günki turda komandasına 2000 xaldan yuxarı xal qazandıran 10 oyunçu olub:

1. Tərlan Salahzadə (Five Spartacus) 14600

2. Günay Bayramova (Krizis)    8800

3. Pərviz Muradov (Krizis)  8500

4. Mehman Fərmanov (Five Spartacus) 5500

5-6. Rəşad Yusifov (Çao bella) 4300

5-6. Vahab Əhmədov (Antivirus) 4300

7. Murad Almasov (Five Spartacus) 3300

8. Şahin Abdullayev (Çao Bella) 2600

9. Roman Kərimov (Antivirus) 2300

10. Vüqar ismayılov (Krizis) 2000

Turun nəticələrinə əsasən ”Krizis” aktivinə 53, “Five Spartacus” 31, “Antivirus” 21, “Çao Bella” 6, “Fətəlixan” 1  xal yazdırıb.

Yekun xal durumu belədir:

1. KRİZİS                                    241

2. FİVE SPARTACUS                147

3. FƏTƏLİXAN                            141

4. ANTİVİRUS                               88

5. ÇAO BELLA                             70

6. 1453                                          1

7. FBİ                                            1

8. Brain Storm                              1

9. GÜNƏŞ                                   -1

Xəmsə Yay liqası yekun cedvelYekunda qalib və mükafatçılara təşkilatçılar və Gənclərin İntellektual İnkişaf Mərkəzi tərəfindən bədii ədəbiyyat nümunələri, diplomlar təqdim edilib.

Turnirin yekunuda turni boyu ən çox xal toplayan 5 oyunçuya da mükafatlar verilib. Bu ada Vüqar Hüseynov(Fətəlixan) 47100, Pərviz Muradov (Krizis) 44500, Tərlan Salahzadə(Five Sparatcus) 40400, Günay Bayramova (Krizis) 28600 və Vüqar İsmayılov(Fətəlixan) 27500 xalla layiq görülüb. Bu intellleklərə “Yurd” GİİD İB-nin diplomları və “Zaman-Azərbaycan” qəzetinin şimal bölmə təmsilçiliyi tərəfindən kitablar hədiyyə verilib.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s