Qubada “Yurd” gənclər təşkilatı tərəfindən intellekt liqasının yaradılması layihəsinə start verildi.

fondun loqosuQubada fəaliyyət göstərən “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Quba intellekt liqasının yaradılması” layihəsinə start verib.

Təşkilatın ictimaiyyətlə əlaqələr və PR sektorunu rəhbəri Tural Nəsirovun verdiyi məlumata görə oktyabr-noyabr aylarını əhatə edəcək layihənin reallaşdırılmasında əsas məqsəd “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq bəndinin icrasının həyata keçirilməsinə dəstək vermək, gənclərin intellektual hərəkatda iştirakının kütləviliyini artırmaq və respublika səviyyəli yarışlarda uğurlu çıxışına nail olmaqdır. Layihə çərçivəsində Quba şəhəri və rayonun 7 böyük kənd yaşayış massivində – Vladimirovka, Alekseyevka, Rustov, Zərdabi, Hacıhüseynli, Nügədi və Təngaltı kəndlərində gənclərin intellektual klublarının yaradılması prosesi həyata keçiriləcək. Qeyd olunan zonalarda gənclərdən ibarət müxtəlif komandalar formalaşdırılacaq və onların iştirakı ilə intellektual çoxnövçülük (Xəmsə, Nə? Harada? Nə zaman?, Breyn rinq və Fərdi oyun) üzrə yarışlar təşkil olunacaq. Bu da kənd ərazilərində yaşayan gənclərin də intellektual potensialının üzə çıxarılmasına, onların asudə vaxtının səmərəli təşkilinə səbəb olacaq.

Layihəyə əsasən hər zonanın qalibi olan komandalar Quba şəhərində keçiriləcək Quba İntellekt Liqasının ilk çempionatının finalında iştirak edəcəklər.

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s