Qubada Gənclər Fondunun dəstəyi ilə intellektual çoxnövçülük yarışlarına start verilib

yurd emblemAzərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən reallaşdırılan “Qubada intellekt liqasının yaradılması” layihəsi çərçivəsində təsis edilən “İntellektual çoxnövçülük üzrə Quba liqası” yarışlarının ilk zona seçim turu keçirilib.

liqa2Quba rayonunun Vladimirovka kənd yaşayış massivində baş tutan turnirdə  layihə çərçivəsində ətraf kəndlərdə yaradılan gənclərdən ibarət intellektual klubların 6 komandası mübarizə aparıb.

Üç intellektual növdə baş tutan liqa turnirində 6 komanda öncə Nə? Harada? Nə zaman? yarışı üzrə mübarizə aparıb. 3 komanda topladığı ən yüksək xala  görə ikinci mərhələyə vəsiqə əldə edib. İkinci mərhələdə yarışacaq 4-cü komandanı müəyyən etmək üçün isə eyni xala sahib digər 3 komanda arasında əlavə sual səsləndirilməli olub. Nəticədə “Zəka” komandası  “Uran”, “Atuc” və “Ulduz”komandalarına qoşulub.

İkinci mərhələdə gənclər “Xəmsə” oyununda qüvvələrini sınayıblar. 3-cü mərhələyə ən yüksək nəticə göstərən “Uran” və “Atuc” komandaları vəsiqə əldə edib.

quba liqasiBreyn-rinq üzrə keçirilən 3-cü mərhələnin qalibi adını isə “Atuc” intellektləri qazanıb.

Turnirin əsasnaməsinə əsasən “Atuc” və “Uran” komandaları final mərhələsində oynamaq hüququ əldə edib.

Qeyd edək ki, layihə noyabr ayının 30-dək davam edəcək və daha 7 zonada seçim turları keçirildikdən sonra Quba şəhərində beynəlxalq lisenziyalı final turniri baş tutacaq.

Yarışın fotoları ilə tanış olun

This slideshow requires JavaScript.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s