Quba İntellekt Liqasında III seçim turu baş tutub

yurd emblemAzərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən reallaşdırılan “Qubada intellekt liqasının yaradılması” layihəsi çərçivəsində təsis edilən “İntellektual çoxnövçülük üzrə Quba liqası” yarışlarının Rustov zona seçim turuna yekun vurulub.
fondun loqosuQuba rayonunun Rustov kənd yaşayış massivində baş tutan turnirdə layihə çərçivəsində ətraf kəndlərdə yaradılan gənclərdən ibarət intellektual klubların 7 komandası mübarizə aparıb. Bu turda Rustov, Püstəqasım, Qam-qam, Məçkə-Xacə kəndlərindən olan 42 nəfər gənc bacarıqlarını nümayiş etdirib.
Üç intellektual növdə baş tutan liqa turnirində 7 komanda öncə “Nə? Harada? Nə zaman?” yarışı üzrə mübarizə aparıb. Əsasnaməyə uyğun olaraq ilk 4 yeri tutan liqa2komanda növbəti mərhələyə vəsiqə qazanır. Püstəqasım komandası bu mərhələdə 6 xalla birinci olub. Qam-Qam kənd təmsilçiləri “Qladiator” və “Qam-qam”, Rustov kəndinin “Rustov” və Məckə-Xacə kəndinin “Qartal” komandaları 4 xalla sahib olduğundan 12 xallıq reytinqə malik “Qladiator” ikinciliyi əldə edib. Digər 3 komandanın reytinq xalı da bərabər olduğuna görə təşkilat komitəsinin qərarı ilə əlavə sual səsləndirilib. Nəticədə “Rustov” və “Qam-Qam” komandaları Xəmsə yarışında oynamaq hüquqi qazanıb.
İkinci mərhələdə gənclər “Xəmsə” oyununda qüvvələrini sınayıblar. 3-cü mərhələyə ən yüksək nəticə göstərən “Rustov” və “Qladiator” komandaları vəsiqə əldə edib.
quba liqasiBreyn-rinq üzrə keçirilən 3-cü mərhələnin qalibi adını isə rəqiblərini 3-0 hesabı ilə məğlub edən “Rustov” intellektləri qazanıb.
Turnirin əsasnaməsinə əsasən “Rustov” komandası Quba şəhərində keçiriləcək final mərhələsində oynamaq hüququ əldə edib.
Qeyd edək ki, layihə noyabr ayının 30-dək davam edəcək və daha 5 zonada seçim turları keçirildikdən sonra Quba şəhərində beynəlxalq lisenziyalı final turniri baş tutacaq.

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s