Qubada Gənclər Fondunun dəstəyi ilə intellektual çoxnövçülük yarışları davam edir

yurd emblemAzərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən reallaşdırılan “Qubada intellekt liqasının yaradılması” layihəsi çərçivəsində təsis edilən “İntellektual çoxnövçülük üzrə Quba liqası” yarışlarının növbəti zona seçim turu keçirilib.
quba liqasiQuba rayonunun Təngaltı kənd yaşayış massivində baş tutan seçim turunda gənclərdən ibarət intellektual klubların 7 komandası mübarizə aparıb.
Bu seçim turu iştirak edən komandaların tərkibində məktəb müəllimlərinin də olması ilə diqqəti çəkib. Xüsusilə bir komandanın tərkibində hətta Səbətlər kənd tam orta məktəbinin gənc direktoru Məmməd İsmiyev də iştirak edib.
fondun loqosuƏsasnaməyə uyğun olaraq üç intellektual növdə baş tutan liqa turnirində 7 komanda öncə Nə? Harada? Nə zaman? yarışı üzrə mübarizə aparıb. “Zəka”, “Fətəlixan” “Kimyagər” və “Land of Fire” komandaları topladığı ən yüksək xala görə ikinci mərhələyə vəsiqə əldə edib.
İkinci mərhələdə komandalar “Xəmsə” oyununda qüvvələrini sınayıblar. 3-cü mərhələyə ən yüksək nəticə göstərən Təngaltının “Zəka” və Səbətlər kəndinin “Fətəlixan” komandaları vəsiqə əldə edib. Finalçıların ən maraqlı cəhəti ondan ibarət olub ki, hər iki komandanın tərkibində məktəb müəllimləri şagirdlərlə birgə iştirak edib.
liqa2Breyn-rinq üzrə keçirilən 3-cü mərhələnin qalibi adını isə rəqiblərini 3-2 hesabı ilə məğlub edən “Zəka” intellektləri qazanıb.
Turnirin əsasnaməsinə əsasən “Zəka” və “Fətəlixan” komandaları final mərhələsində oynamaq hüququ əldə edib.
Qeyd edək ki, layihə noyabr ayının 30-dək davam edəcək və daha 6 zonada seçim turları keçirildikdən sonra Quba şəhərində beynəlxalq lisenziyalı final turniri baş tutacaq.

Seçim turunun fotoları ilə tanış olun:

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s