Quba İntellekt Liqası AMİ Quba filialında seçim turu keçirib

yurd emblemAzərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən reallaşdırılan “Qubada intellekt liqasının yaradılması” layihəsi çərçivəsində təsis edilən “İntellektual çoxnövçülük üzrə Quba liqası” yarışlarının Quba şəhəri üzrə ilk seçim turunu keçirib. 

quba liqasiQubada fəaliyyət göstərən AMİ Quba filialında baş tutan seçim turunda tələbə, gənclər və müəllimlərdən ibarət 11 komanda mübarizə aparıb.

Üç intellektual növdə baş tutan liqa turnirində 11 komanda öncə “Nə? Harada? Nə zaman?” yarışı üzrə mübarizə aparıb. Əsasnaməyə uyğun olaraq ilk 4 yeri tutan komanda növbəti mərhələyə vəsiqə qazanıb. Nəticədə “Fətəlixan”, “Şahdağ”, Zirvə” və Gələcəyə baxış” komandaları Xəmsə yarışında oynamaq hüquqi qazanıb.

SAM_8109İkinci mərhələdə gənclər “Xəmsə” oyununda qüvvələrini sınayıblar. 3-cü mərhələyə ən yüksək nəticə göstərən “Fətəlixan” və “Zirvə” komandaları vəsiqə əldə edib.
Breyn-rinq üzrə keçirilən 3-cü mərhələnin qalibi adını isə püşkə əsasən “Zirvə” intellektləri qazanıb. Belə ki, breyn-rinq yarışında səsələndirilən 3 əsas və 1 əlavə suala cavab tapılmadığından qalibi müəyyən etmək üçün püşk atılıb və nəticədə
“Zirvə” komandası Quba şəhərində keçiriləcək final mərhələsində oynamaq hüququ əldə edib.
Qeyd edək ki, layihə noyabr ayının 30-dək davam edəcək və daha 5 zonada seçim turları keçirildikdən sonra Quba şəhərində beynəlxalq lisenziyalı final turniri baş tutacaq.

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s