Hacıqayıbda “Şimşək” çaxdı

yurd emblemAzərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən reallaşdırılan “Qubada intellekt liqasının yaradılması” layihəsi çərçivəsində təsis edilən “İntellektual çoxnövçülük üzrə Quba liqası” yarışlarının növbəti zona seçim turu keçirilib.

1Quba rayonunun Hacıqayıb kənd yaşayış massivində baş tutan seçim turunda gənclərdən ibarət intellektual klubların 9 komandası mübarizə aparıb.

Bu seçim turu iştirak edən komandaların tərkibində məktəb müəllimlərinin də olması ilə diqqəti çəkib.

2Əsasnaməyə uyğun olaraq üç intellektual növdə baş tutan liqa turnirində 9 komanda öncə Nə? Harada? Nə zaman? yarışı üzrə mübarizə aparıb. Bu mərhələdə “Qımılqışlaq” komandası 7 xalla birinci, “Hacıhüseynli kəndinin ”Şimşək” komandası 6 xalla ikinci, Hacıqayıb kəndinin “Ulduz” komandası 5 xalla üçüncü olub. İkinci mərhələdə yarışacaq dördüncü komandanı müəyyən etmək üçün “Əlimənmmədoba kəndinin “İntellekt” 3komandası və Hacıqayıb kəndinin eyniadlı komandası arasında oyun və reytinq xalları bərabər olduğuna görə (hər iki komanda 4 oyun və 13 reytinq xalına sahib olub) əlavə sual səsləndirilib. Nəticədə “Hacıqayıb” komandası ikinci mərhələyə vəsiqə qazanıb.

İkinci mərhələdə komandalar “Xəmsə” oyununda qüvvələrini sınayıblar. 3-cü 5mərhələyə ən yüksək nəticə göstərən Hacıhüseynlinin “Şimşək” və Qımılqışlaq kəndinin eyniadlı komandası vəsiqə əldə edib.

Breyn-rinq üzrə keçirilən 3-cü mərhələnin qalibi adını isə əlavə sual nəticəsində rəqiblərini 4-0 hesabı ilə məğlub edən “Şimşək” intellektləri qazanıb.

"Şimşək"in kapitanı qalib kimi diplomla təltif olunur

“Şimşək”in kapitanı qalib kimi diplomla təltif olunur

Turnirin əsasnaməsinə əsasən “Şimşək” və “Qımılqışlaq” komandaları final mərhələsində oynamaq hüququ əldə edib.

Qeyd edək ki, layihə noyabr ayının 30-dək davam edəcək və daha 4 zonada seçim turları keçirildikdən sonra Quba şəhərində beynəlxalq lisenziyalı final turniri baş tutacaq.

P.S. Serçim turunun şəkilləri ilə bu linkdən tanış ola bilərsiniz.

Hacıqayıb seçm turunun şəkilləri

https://www.facebook.com/photo.php?fbid=220469241462093&set=a.220468414795509.1073741832.215332248642459&type=3&theater

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s