Daha 3 tur arxada qaldı

yurd emblem“Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən reallaşdırılan “Qubada intellekt liqasının yaradılması” layihəsi çərçivəsində təsis edilən “İntellektual çoxnövçülük üzrə Quba liqası” yarışlarının Nügədi, Zərdabi və İqriq kənd zonaları üzrə seçim turları yekunlaşıb.fondun loqosu Qubanın I Nügədi kəndində baş tutan seçim turunda Nügədi, Amsar, Pirvahid kəndlərindən olan 7 komanda mübarizə aparıb. Yekunda II Nügədi kəndini təmsil edən “Günəş” komandası finalda oynamaq hüququ qazanıb.
Zərdabi qəsəbəsində baş tutan seçim turunda isə Zərdabi, Barlı, Bağbanlı, Qəcərzeyib və Amsarqışlaq kəndlərində yaşayan gənclərdən, gənc müəllimlərdən və şagidrlərdən ibarət 9 komanda mübarizə aparıb. Yekunda Amsarqışlağın “Səma” komandası finala vəsiqə qazanıb.
11İqriq kəndində, açıq havada keçirilən yarışda isə İqriq, Alekseyevka, Qaraçay, Vəlvələ, Paşaoba, Zizik və İsnovqışlaq kənd komandalarının yarışında Alekseyevkanı təmsil edən “Favorit” intellektləri beynəlxalq lisenziyalı Quba liqasının finalında oynamaq hüququ əldə edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyilə raellaşan 22layihə noyabr ayının 30-dək davam edəcək və daha 1 zonada seçim turları keçirildikdən sonra Quba şəhərində beynəlxalq lisenziyalı final turniri baş tutacaq.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s