Quba şəhəri üzrə seçim turunu “Kritik gənclər”qazandı

yurd emblemAzərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən reallaşdırılan “Qubada intellekt liqasının yaradılması” layihəsi çərçivəsində təsis edilən “İntellektual çoxnövçülük üzrə Quba liqası” yarışlarının növbəti zona seçim turu keçirilib.

  44Quba şəhərində baş tutan seçim turunda gənclərdən ibarət intellektual klubların 8 komandası mübarizə aparıb.

Əsasnaməyə uyğun olaraq üç intellektual növdə baş tutan liqa turnirində 8 komanda öncə Nə? Harada? Nə zaman? yarışı üzrə mübarizə aparıb. “Zirvə”, “Kritik 55gənclər”, “VİP” komandaları oyun xalına görə, “Ana Vətən” isə “Favorit”lə eyni xala sahib olduğuna görə reytinq xalına əsasən ikinci mərhələyə vəsiqə əldə edib.

İkinci mərhələdə komandalar “Xəmsə” oyununda qüvvələrini sınayıblar. 3-cü mərhələyə ən yüksək nəticə göstərən “Zirvə” və “Kritik gənclər” komandaları vəsiqə əldə edib.

Breyn-rinq üzrə keçirilən 3-cü 66mərhələnin qalibi adını isə rəqiblərini 2-1 hesabı ilə məğlub edən “Kritik gənclər” qazanıb və onlar final mərhələsində oynamaq hüququ əldə edib.

Qeyd edək ki, layihə çərçivəsində artıq seçim turları yekunlaşıb. Və noyabr ayının 20-də Quba şəhərində beynəlxalq lisenziyalı final turniri baş tutacaq.

One thought on “Quba şəhəri üzrə seçim turunu “Kritik gənclər”qazandı

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s