“Yurd” Naxçıvana gedir

Изображение 002Bu gün Siyəzən şəhərində Qubanın intellektual yeniyetmələrdən ibarət “Yurd” komandası daha bir tarix yazdı.
Təşkilatımız tərəfindən davamlı olaraq rayonda təşkil edilən intellektual yarışların nəticəsi bir daha özünü müsbət tərəfdən göstərdi.
Quba rayon Gənclər və İdman İdarəsinin də dəstəyi ilə hər həftə davamlı keçiridiyimiz yarışların nəticəsində formalaşdırdığımız yığma komanda yeniyetmələrin III Azərbaycan çempionatının zona yarışlarında 5201 xalla birinci olaraq dekabrda Naxçıvanda keçiriləcək finalda oynamaq hüququ qazandı.
Yarışın B qrupunda mübarizəyə qoşulan “Yurd” komandası Şabranın “İntellekt”, Qusarın “Zirvə” və Xaçmazın “İntellekt” komandaları ilə yarışıb. Nəticədə komandamız 8500 xalla qrupda biurinci olub. Qusar intelletləri 3600 xalla ikinci, Şabran gəncləri 1200 xalla üçüncü, Xaçmaz komandası isə 1000 xalla dördüncü olub.
Bu qrupda komnandamızın üzvü Aslan +3100 və -1200 xal, Sevil +600 və – 400 xal, Rüfət +700 xal, Aytac +3500 və Gültac isə +1900 xal qazandırıblar.
Finalda isə komandamız oyuna mənfi xallarla başlasa da sonda özünü toparlayaraq Xəmsə raunduna +5200 xalla girməyi bacarıb.
Final qrupunda Siyəzənin “Zirvə” komandası 2500, Qusarın “Zəka” komandası 7000 və Qusarın digər komandası “Zirvə 2200 xal toplayıb.
Xəmsə raundunda suala doğru cavab verən komandamız 5201 xalla zona çempionu olub. Qusarın “Zəka” intellektləri 5001 xalla ikinci, Siyəzənin “Zirvə” komandası 2800 xalla üçüncü olub. Qusarın digər komandası “Zirvə” isə 1999 xalla yalnız dördüncü ola bilib.
Bu mərhələdə Aslan komandamızın balansına +1400, -100, Gültac +1200, -400, Rüfət +600, -800, Sevil +2400, Aytac isə +900 xal qazandırıb.
Qeyd edək ki, Quba komandası ilə yanaşı Qusar və Siyəzən intellektləri də final mərhələsinə vəsiqə qazanıb.
Sonda bildirək ki, bu Quba komandasının “Yurd” GİİD İB-nin Qubada intellektual inkişafla bağlı fəaliyyətə başladığı 2 il ərzində final mərhələsinə vəsiqə qazanan ikinci yeniyetmə komandasıdır.
Qaliblərlə siz də tanış olun:
1. Əhmədova Aytac
2. Xəlilov Rüfət
3. Abidova Sevil
4. Əkbərov Aslan
5. Əhmədova Gültac
Təşəkkürlər gənclər!
Təşəkkürlər intellektlər!
Sizinlə fəxr edirik.

One thought on ““Yurd” Naxçıvana gedir

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s