İntellektual çoxnövçülük üzrə Quba liqası yekunlaşdı

19Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən reallaşdırılan “Qubada intellekt liqasının yaradılması” layihəsi çərçivəsində təsis edilən “İntellektual çoxnövçülük üzrə Quba liqası” yarışlarının final mərhələsinin oyunları keçirilib.

Quba şəhərində yerləşən “Quba” şadlıq sarayında baş tutan final mərhələsində seçim turularını uğurla adlayan 12 komanda 4 növ üzrə mübarizə aparıb.

18Tədbirdə Quba rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayev və “Yurd” GİİD İB-nin sədri Ramin Mahmudov çıxış edərək layihənin keçirilməsinin məıqsədindən və əhəmiyyətindən danışıb, Gənclər Fondunun fəaliyyət istiqamətlərindən bəhs edib, ölkəmizdə cənab Prezident tərəfindən gənclərə  yaradılan geniş imkan və şəraitdən söhbət açıblar. Bildirilib ki, bu layihənin ən uğurlu cəhəti ondan ibarət olub ki, seçim turlarında üzə çıxarılan yeniyetmə və gənclərdən qurulan Quba komandası Xəmsə üzrə Azərbaycan çempionatının finalında iştirak etmək hüququ qazanıb.

Rəsmi hissədə layihə çərçivəsində keçirilən seçim turları əks olunan videofilmə baxışdan sonra yarışa start verilib.

14Komandalar öncə Nə? Harada? Nə zaman? mərhələsində qüvvələrini sınayıblar. Bu mərhələdə Təngaltı kəndini təmsil edən “Zəka” komandası 24 sualdan 17-nə doğru cavab verərək birinci, Səbətlər kəndini təmsil edən “Fətəlixan” komandası 16 xalla ikinci, Alekseyevkanın “Favorit”ləri 13 xalla üçüncü, “Kritik gənclər” 12 xalla dördüncü, Amsarqışlağın “Səma”  və Əlibəyqışlağın “Uran” komandaları 11 oyun xalı ilə reytinq xalına uyğun 15olaraq beşinci və altıncı, Qımılqışlağın eyni adlı komandası və Zərdabinin “Zaman” komandası 10 oyun xalı ilə reytinq xalına əsasən müvafiq olaraq yeddinci və səkkizinci, II Nügədinin “Günəş” (7 xal) və “Aşağı Atucun “Atuc” (7 xal) komandaları reytinq xalına uyöğun olaraq doqquzuncu və onuncu, Rustovun “Rustov” komandası 5 xalla on birinci, Hacıhüseynlinin “Şimşək” komandası isə 4 xalla 12-ci olub. Əsasnaməyə 17uyğun olaraq komandaalrın balansına aşağıdakı sistemə uyğun olaraq ballar əlavə edilib:

ZƏKA – 30, FƏTƏLİXAN – 25, FAVORİT – 20, KRİTİK GƏNCLƏR – 16, SƏMA – 12, URAN -10, QIMILQIŞLAQ – 8, ZAMAN – 6, GÜNƏŞ – 4, ATUC – 2, RUSTOV – 1, ŞİMŞƏK – 0

Ilk 8 komanda ikinci mərhələdə “Xəmsə” yarışı üzrə mübarizə aparılblar.

11Bu mərhələdə A qrupunda ZƏKA, KRİTİK GƏNCLƏR, ZAMAN VƏ FƏTƏLİXAN komandaları mübarizə aparıb. Yekunda KRİTİK GƏNCLƏR 5300 xalla birinci, ZƏKA 2400 xalla ikinci, ZAMAN 2300 xalla üçüncü, FƏTƏLİXAN isə 100 xalla dördüncü olub. İlk 2 yeri tutan komandalar finala vəsiqə qazanıb.

B qrupunda isə QIMILQIŞLAQ 3400 12xalla birinci, URAN 1700 xalla ikinci, FAVORİT 1100 xalla üçüncü və SƏMA 600 xalla dördüncü olub.

Finalda qarşılaşan komnandalar qalibi Xəmsə raundunda müəyyənləşdiriblər. Xəmsə raundundan öncə xal durumçu belə olub: ZƏKA 11400, KRİTİK GƏNCLƏR 8800, URAN 6400 və QIMILQIŞLAQ 4000. Xəmsə raundunun nəticəsində son 13sıralamada URAN 10400 XALLA birinci, ZƏKA 9999 xalla ikinci, KRİTİK GƏNCLƏR 8799 xalla üçüncü və QIMILQIŞLAQ  1500 xalla dördüncü olub.

Bu mərhələnin nəticəsi olaraq URAN komandası balansına 15, ZƏKA 10, KRİTİK GƏNCLƏR  5, QIMILQIŞLAQ isə 3 xal əlavə edib.

5Eyni 8 komanda üçüncü mərhələdə – Breyn rinq mərhələsində olimpiya sistemi ilə mübarizə aparıb. ¼ finalda “Zaman” “Zəka”ya püşk vasitəsilə, “Fətəlixan” “Uran”a 2-0, “Favorit” “Qımılqışlaq” komandasına 2-0, “Səma” isə “Kritik gənclər”ə 3-0 qalib gələrək ½ finala adlayıb.

½ final mərhələsində “Fətəlixan” püşk yoluyla “Zaman” komandasına, 6“Səma” isə “Favorit”ə 1-0 qalib gələrək finala vəsiqə qazanıb.

III yer uğrunda görüşdə “Favorit” “Zaman”ı 2-0, finalda isə “Səma” “Fətəlixan”ı 1-0 məğlub edib.

Əsasnaməyə uyğun olaraq bu mərhələnin nəticəsində komandalar balanslarına aşağıdakı miqdarda bal əlavə ediblər: SƏMA 15, FƏTƏLİXAN 10, FAVORİT 6 və ZAMAN 3.

8Son mərhələdə isə komandalar Fərdi oyunda üz-üzə gəliblər. Fərdi oyuna 9 komanda qoşulub.

A qrupunda FAVORİT-dən İlkin Bayramov 90, ATUC-dan Taleh Bəşirov 150, SƏMA-dan Dilqəm Həsənov isə -150 xal qazanıb. Taleh Bəşirov finala vəsiqə qazanıb.

B qrupunda URAN-dan Aytac Əhmədova -60, QIMILQIŞLAQ-dan 7Etibar Cəmiyev +150, ZƏKA-dan Vüqar Hüseynov +350 xal toplayıblar.Nəticədə Vüqar Hüseynov finala adlayıb.

C qrupunda isə FƏTƏLİXAN-dan Nizami Hüseynov 100 xalla finala çıxıb. ZAMAN-dan Azər Fərəcov və KRİTİK GƏNCLƏR-dənSevil Abidova 0 xal əldə edib.

9Final qarşılaşmasında isə ZƏKA-lı Vüqar Hüseynov 620 xalla birinci olub. ATUC-dan Taleh Bəşirov +100 xalla ikinci, FƏTƏLİXAN təmsilçisi Nizami Hüseynov isə +100 xalla üçüncü olub.

Əsasnəməy müvafiq olaraq Fərdi oyunu qalibi komandasının balansına 15, ikincisi 10, üçüncüsü isə 5 xal əlavə edib.

4Yekunda komandaların sıralaması belə olub:

  1. ZƏKA – 55
  2. FƏTƏLİXAN – 46
  3. SƏMA – 27
  4. FAVORİT 26
  5. URAN – 25
  6. KRİTİK GƏNCLƏR – 21
  7. ATUC– 12
  8. QIMILQIŞLAQ – 11
  9. ZAMAN – 9

10. GÜNƏŞ –  4

211. RUSTOV – 1

12. ŞİMŞƏK – 0

Tədbirin yekununda “Yurd” GİİD İB-nin sədri və Quba rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayevin iştirakı ilə qalib və mükafatçılara diplomlar, medallar, xatirə hədiyyələri və kuboklar təqdim edilib.3

One thought on “İntellektual çoxnövçülük üzrə Quba liqası yekunlaşdı

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s