Şimal İntellekt Liqasını “YURD” qazandı

3443Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə fərdi layihə əsasında Qubada “Şimal İntellekt Festivalı” çərçivəsində gənclər arasında beynəlxalq lisenziya əsasında intellektual çoxnövçülük üzrə final mərhələsinin oyunları keçirilib.

7878Yarışda şimal zonasının Xızı, Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar rayonlarında keçirilmiş seçim turlarının qalibləri mübarizə aparıb.

8 komandanın mübarizəsində Nə? Harada? Nə zaman? oyunu, Xəmsə və Breny rinq üzrə keçirilən yarışda Vüqar Hüseynov, Pərviz Muradov, Vüqar İsmayılov, Mehman Fərmanov, Zaur Məmmədov və Gülşən Sultanlıdan ibarət “Yurd” komandası bütün rəqiblərini məğlub edərək “Şimal”ın çempionu adını qazanıb.

"Kritik gənclər"

“Kritik gənclər”

Nə? Harada? Nə zaman? mərhələsində 19 xalla birinci olan komanda Xəmsə raundunda da rəqiblərinə şans verməyərək 10500 xalla birinci olub. Breyn rinqdə isə “Kritik gənclər”lə iki döyüşdə 6-1 və 5-0 hesablı qələbə ilə çempion olub.

Bu tipli yarışların davamlı iştirakçısı olan “Kruitik gənclər” dəyişməz heyəti ilə – Nuran Əliyev, Sevil Abidova, Xəyal Yəhyaev, Xəyalə Ələkbərova, Rüfət Xəlilov və Murad

"Zirvə" komandası

“Zirvə” komandası

Almasovla növbəti uğuruna imza atıb. Quba liqasının seçim turunu qalibi olan komanda, bu dəfə Şimal İntellekt Liqasının ikincisi olub. Daha bir sabit komanda  “Zirvə” intellektləri isə Ağa Səlimov, Vahid Mustafayev, Aslan Əkbərov, Anar Hüseynov, Rəsul Qasımov və Ümid İbrahimovla üçüncülüyü qazanıb.

Təbriklər!

Qalib və mükafatçılar təşkilatçılarla bir arada

Qalib və mükafatçılar təşkilatçılarla bir arada

Layihə rəhbəri Nizami Hüseynova da xüsusi təşəkkürlər!!!.

Ardı gəlsin!!!

 

4 thoughts on “Şimal İntellekt Liqasını “YURD” qazandı

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s