Qubalı gənclər intellekt yolunu seçərək pis vərdişlərə “yox” dedi

SAM_1901Qubada fəaliyyət göstərən “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “İntellekt yolunu seç, pis vərdişdən kənar keç” adlı gənclər üçün mənəvi və fiziki sağlamlıq proqramlarının həyata keçirilməsi layihəsinə start verib.

SAM_1921Layihə rəhbəri Ramin Mahmudovun verdiyi məlumata görə layihənin əsas məqsədi gənclərin və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkil etməklə onların pis vərdişlərdən uzaq olmalarına şərait yaratmaq və pis vərdişlərin fəsadları barədə məlumatlandırmaqdır.

SAM_1980Layihə çərçivəsində Qubanın dağ kəndlərindən sayılan Təngəaltı kəndində baş tutan ilk tədbirdə Təngəaltı, Afurca, Qam-qam, Rustov, Püstəqasım və Səbətlər kəndlərinin məktəbliləri iştirak edib.

40 nəfər gəncin iştirak etdiyi tədbirdə gənclərə zərərli vərdişlərin  fəsadlarından danışılıb, bu mövzuda hazırlanmış video rolik nümayiş etdirilib, müxtəlif məlumatlandırma bukletləri paylanılıb.

SAM_1930Daha sonra iştirakçı gənclərin arasında intellektual oyunlar festivalının seçim turu keçirilib. Yarışda hamını qabaqlayan Afrurca məktəbliləri qalib gələrək may ayının 20-də Quba şəhərində baş tutacaq final oyunlarında iştirak etmək hüququ qazanıb.

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s