Layihə Nügədi kəndində icra edilib

SAM_1901Qubada fəaliyyət göstərən “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “İntellekt yolunu seç, pis vərdişdən kənar keç” adlı gənclər üçün mənəvi və fiziki sağlamlıq proqramlarının həyata keçirilməsi layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

IMG_5912Layihə çərçivəsində Quba rayonunun II Nügədi kənd 3 saylı tam orta məktəbində baş tutan tədbirdə Pirvahid, Amsar, Alıc-Digah, Ərməki, I Nügədi 1 saylı, II Nügədi 1, 2 və 3 saylı tam orta məktəblərinin şagirdlərindən ibarət 44 nəfər gənc ps vərdişlərin fəsadları barədə geniş bilgi alıb.

IMG_5948Layihə rəhbəri Ramin Mahmudovun verdiyi məlumata görə layihənin əsas məqsədi gənclərin və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkil etməklə onların pis vərdişlərdən uzaq olmalarına şərait yaratmaq və pis vərdişlərin fəsadları barədə məlumatlandırmaqdır.

 

 

IMG_598244 nəfər gəncin iştirak etdiyi tədbirdə gənclərə zərərli vərdişlərin fəsadlarından danışılıb, bu mövzuda hazırlanmış video rolik nümayiş etdirilib, müxtəlif məlumatlandırma bukletləri paylanılıb.

 

 

IMG_5993Daha sonra iştirakçı gənclərin arasında intellektual oyunlar festivalının seçim turu keçirilib. Yarışda hamını qabaqlayan II Nügədi kənd 1 saylı tam orta məktəbinin “Məzunlar” komandası birinci olaraq may ayında Quba şəhərində baş tutacaq final oyunlarında iştirak etmək hüququ qazanıb.

IMG_6052

 

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s