Qubanın Zərdabi zonasında zərərli vərdişlərə dair məlumatlandırma aparılıb

IMG_6506Qubada fəaliyyət göstərən “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “İntellekt yolunu seç, pis vərdişdən kənar keç” adlı gənclər üçün mənəvi və fiziki sağlamlıq proqramlarının həyata keçirilməsi layihəsi çərçivəsində növbəti tədbirini keçirib.

IMG_6524Zərdabi kəndində baş tutan tədbirdə Zərdabi, Barlı, Bağbanlı, Qəcərzeyid, Amsarqışlaq və Zizik kəndlərinin məktəbliləri iştirak edib.

36 nəfər gəncin iştirak etdiyi tədbirdə gənclərə zərərli vərdişlərin  fəsadlarından danışılıb, bu mövzuda hazırlanmış video rolik nümayiş etdirilib, müxtəlif məlumatlandırma bukletləri paylanılıb.

IMG_6597Daha sonra iştirakçı gənclərin arasında intellektual oyunlar festivalının seçim turu keçirilib. Yarışda hamını qabaqlayan Zərdabinin “Zaman” komandası Quba şəhərində baş tutacaq final oyunlarında iştirak etmək hüququ qazanıb.

 

 

IMG_6677Layihə rəhbəri Ramin Mahmudovun verdiyi məlumata görə layihənin əsas məqsədi gənclərin və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkil etməklə onların pis vərdişlərdən uzaq olmalarına şərait yaratmaq və pis vərdişlərin fəsadları barədə məlumatlandırmaqdır.

 

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s