“İntellekt yolunu seç, pis vərdişdən kənar keç”  layihəsində İsnovqışlağı “Şəfəq” təmsil edəcək

yurd emblemQubada fəaliyyət göstərən “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “İntellekt yolunu seç, pis vərdişdən kənar keç” adlı gənclər üçün mənəvi və fiziki sağlamlıq proqramlarının həyata keçirilməsi layihəsi çərçivəsində növbəti tədbirini keçirib.

IMG_7678Qaraçay kəndində baş tutan tədbirdə Qaraçay, İsnovqışlaq, Paşaoba, Alekseyevka, İqriq, və Vəlvələ kəndlərinin məktəbliləri iştirak edib.

36 nəfər gəncin iştirak etdiyi tədbirdə gənclərə zərərli vərdişlərin  fəsadlarından danışılıb, bu mövzuda hazırlanmış video rolik nümayiş etdirilib, müxtəlif məlumatlandırma bukletləri paylanılıb.

IMG_7722Daha sonra iştirakçı gənclərin arasında intellektual oyunlar festivalının seçim turu keçirilib. Gərgin keçən yarışda İsnovqışlağın “Şəfəq” və İqriqin “Sensasiya” komandaları  6 xal toplayıb. Yalnız reytinq xalı nəticəsində “Şəfəq”  birinciliyi ələ keçirib. “Sensayiya” ikincilikə barışıb.

 

 

IMG_7723Turnirdə 3-cü yerin sahibi əlavə sualla müəyyən edilib. Alekseyevkanın “Kanariya” və Qaraçayın “Real” komandaları eyni 4 oyun və 9 reytinq xalına sahib olduqlarından əsasnaməyə uyğun olaraq hər iki komandaya əlavə sual verilib. Nəticədə “Real” intellektləri üçüncü olub.

 

IMG_7724Yarışın əsasnaməsinə uyğun olaraq “Şəfəq”in intellektual gəncləri Quba şəhərində baş tutacaq final oyunlarında iştirak etmək hüququ qazanıb.

 

 

 

IMG_7789Layihə rəhbəri Ramin Mahmudovun verdiyi məlumata görə layihənin əsas məqsədi gənclərin və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkil etməklə onların pis vərdişlərdən uzaq olmalarına şərait yaratmaq və pis vərdişlərin fəsadları barədə məlumatlandırmaqdır.

 

 

 

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s