“Yurd” bu dəfə gəncləri Qəçrəş kəndində bir araya gətirdi

20140419_100401Qubada fəaliyyət göstərən “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “İntellekt yolunu seç, pis vərdişdən kənar keç” adlı gənclər üçün mənəvi və fiziki sağlamlıq proqramlarının həyata keçirilməsi layihəsi çərçivəsində növbəti tədbirini keçirib.

20140419_101250Qəçrəş kəndində baş tutan tədbirdə Qəçrəş, Küpçal, Üçgün  kəndlərinin məktəbliləri iştirak edib.

48 nəfər gəncin iştirak etdiyi tədbirdə gənclərə zərərli vərdişlərin  fəsadlarından danışılıb, bu mövzuda hazırlanmış video rolik nümayiş etdirilib, müxtəlif məlumatlandırma bukletləri paylanılıb.

20140419_102543

Daha sonra iştirakçı gənclərin arasında intellektual oyunlar festivalının seçim turu keçirilib. Gərgin keçən yarışda Qəçrəşi təmsil edən “Qara qartal” komandası 8 xalla birinci olub.

“Aristokrat” və “Zəfər” komandaları 6 oyun xalına sahib olduqlarından II və III yerləri müəyyən etmək üçün reytinq xal hesablanması tətbiq olunub. Nəticədə 26  reytinq xalına sahib “Aristokrat” intellektləri ikinci, 21 reyntinq xalına sahib “Zəfər” biliciləri isə üçüncü olub.

20140419_103457Bu zona seçim turunun gözlənilməzliyi onda olub ki, komandaların tərkibində daha çox 2000-2001-ci il təvəllüdlü yeniyetmələr olub. Səsələnən 12 sualın 8-nin məhz 13-14 yaşlı yeniyetmələr tərəfindən tapılması sözün həqi mənasında hər birimizi təəccübləndirib. Çünki digər zonalarda yuxarı sinif şagırdlərinin belə çətinlik çəkdiyi suallara 9-cu siniflərin cavab verməsi  belə bir turnirin keçirilməsi üçün məhz bu zonanı seçməkdə yanılmadığımızı göstərir.

20140419_104659Yarışın əsasnaməsinə uyğun olaraq “Qara qartal”ın intellektual gəncləri Quba şəhərində baş tutacaq final oyunlarında iştirak etmək hüququ qazanıb.

 

 

 

IMG_8227Layihə rəhbəri Ramin Mahmudovun verdiyi məlumata görə layihənin əsas məqsədi gənclərin və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkil etməklə onların pis vərdişlərdən uzaq olmalarına şərait yaratmaq və pis vərdişlərin fəsadları barədə məlumatlandırmaqdır.

 

IMG_8284

 

 

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s