Qubanın Hacıqayıb kəndində şuranın dəstəyi ilə 100 nəfər gənc zərərli vərdişlər barədə məlumatlandırılıb

IMG_8422Qubada fəaliyyət göstərən “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “İntellekt yolunu seç, pis vərdişdən kənar keç” adlı gənclər üçün mənəvi və fiziki sağlamlıq proqramlarının həyata keçirilməsi layihəsi çərçivəsində növbəti tədbirini keçirib.

IMG_8600Hacıqayıb kəndində baş tutan tədbirdə Hacıqayıb, Hacıhüseynli, Əliməmmədoba, Küpçalqışlaq, Qımılqışlaq, Davudoba və Qırağlı-Cəkli kəndlərinin məktəbliləri iştirak edib.

 

 

IMG_8475Tədbirin birinci hissəsində digər məktəblərin gəncləri ilə yanaşı Hacıqayıb məktəbinin yuxarı sinif şagirdləri də iştirak edib.  100 nəfər gəncin iştirak etdiyi tədbirdə gənclərə zərərli vərdişlərin  fəsadlarından danışılıb, bu mövzuda hazırlanmış video rolik nümayiş etdirilib, müxtəlif məlumatlandırma bukletləri paylanılıb.

 

IMG_8626Daha sonra 8 komandanın iştirakı ilə intellektual oyunlar festivalının seçim turu keçirilib. Gərgin keçən yarışda Qımılqışlaq məktəbinin eyniadlı komandası 10 xalla birinci olub.  Əliməmmədobanın “İntellekt” və Hacıqayıbın “Favorit” komandaları 7 oyun xalına sahib olduqlarından II və III yerləri müəyyən etmək üçün reytinq xal hesablanması tətbiq olunub. Nəticədə 19  reytinq xalına sahib “Favorit” intellektləri ikinci, 18 reyntinq xalına sahib “İntellekt” biliciləri isə üçüncü olub.

IMG_8612Yarışın əsasnaməsinə uyğun olaraq “Qımılqışlaq” və “Favorit”in intellektual gəncləri Quba şəhərində baş tutacaq final oyunlarında iştirak etmək hüququ qazanıb.

 

 

 

IMG_8703Layihə rəhbəri Ramin Mahmudovun verdiyi məlumata görə layihənin əsas məqsədi gənclərin və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkil etməklə onların pis vərdişlərdən uzaq olmalarına şərait yaratmaq və pis vərdişlərin fəsadları barədə məlumatlandırmaqdır.

 

 

IMG_8731

Hacıqayıb zona seçim turunun qalibi – Qımılqışlaq biliciləri

 

 

 

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s