“İntellekt yolunu seç, pis vərdişdən kənar keç”  layihəsi çərçivəsində son seçim turu keçirilib

IMG_9098Qubada fəaliyyət göstərən “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “İntellekt yolunu seç, pis vərdişdən kənar keç” adlı gənclər üçün mənəvi və fiziki sağlamlıq proqramlarının həyata keçirilməsi layihəsi çərçivəsində növbəti tədbirini keçirib.

IMG_9221Quba şəhərində baş tutan tədbirdə Quba şəhərinin tam orta məktəblərinin şagirdləri iştirak edib.

Tədbirin açılış mərasimində çıxış edənlər layihə koordinatoru Ramin Mahmudov, QHT-na Dövlət Dəstəyi Şurasının əməkdaşı Həsən Səmədov, Quba rayon Gənclər və İdman İdarəsinin rəsi müavini Mənsur IMG_9140Ağayev gənclərə zərərli vərdişlərin  fəsadlarından danışıb, bu istiqamətdə icra olunan layihənini əhəmiyyətini vurğulayıblar.

54 nəfər gəncin iştirak etdiyi tədbirdə daha sonra bu mövzuda hazırlanmış video rolik nümayiş etdirilib, müxtəlif məlumatlandırma bukletləri paylanılıb.

IMG_9231

Layihənin ikinci hissəsində iştirakçı gənclərin arasında intellektual oyunlar festivalının seçim turu keçirilib. Gərgin keçən yarışda şəhər 7 saylı tam orta məktəbinin “Evrika” komandası 9 xalla birinci olub.

 

 

IMG_9241Texniki Təmayllü Liseyin “VİP”, şəhər 2 saylı məktəb liseyin “Happy Day” və şəhər 1 saylı tam orta məktəbinin “Kritik gənclər” komandaları 8 oyun xalı topladıqlarından II və III yerləri müəyyən etmək üçün reytinq xal hesablanması tətbiq olunub. Nəticədə “VİP” 23 reytinq xalı ilə 4-cü, “Happy Day” 24 reytinq xaı ilə 3-cü, “Kritik gənclər” isə 33 reytinq xalı ilə 2-ci olub.

IMG_9265Yarışın əsasnaməsinə uyğun olaraq “Evrika” və “Kritik gənclər” komandaları Quba şəhərində baş tutacaq final oyunlarında iştirak etmək hüququ qazanıb.

Beləliklə, may ayında baş tutacaq layihənin intellektual oyunlar festivalının finalında “Evrika” və “Kritik gənclər” komandaları ilə yanaşı  Afurca kəndinin “Afurca”, II Nügədi 1 saylı tam orta məktəbinin “Məzunlar”, I Nügədi 1 saylı tam orta məktəbinin “MAG”,  IMG_9365Zərdabinin “Zaman”, Aşağı Atuc kəndinin “Atuc”, Əlibəyqışlağın “Uran”, İsnovqışlaq kənd tam orta məktəbinin “Şəfəq”, Qəçrəşin “Qara qartal”, Qımılqışlağın eyniadlı komandası  və Hacıqayıbın “Favorit” intellektləri Nə? Harada? Nə zaman?, Xəmsə, Breyn rinq və Fərdi oyun üzrə yarışlarda mübarizə aparacaq.

Layihənin əsas məqsədi gənclərin və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkil etməklə onların pis vərdişlərdən uzaq olmalarına şərait yaratmaq və pis vərdişlərin fəsadları barədə məlumatlandırmaqdır.

IMG_9375

 

 

 

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s