“Uran” Qubanın ən güclüsü oldu

IMG_0307Qubada fəaliyyət göstərən “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “İntellekt yolunu seç, pis vərdişdən kənar keç” adlı gənclər üçün mənəvi və fiziki sağlamlıq proqramlarının həyata keçirilməsi layihəsi çərçivəsində təşkil olunana intellektual oyunlar festivalının final mərhələsi keçirilib.IMG_0442

Tədbirdən öncə çıxış edən Quba rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayev bu cür layihələrin gəncləri bilik və bacarıqlarının artırılmasında müstəsna rola malik olduğunu, eyni zamanda zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmanın gələcəyin sağlam gəncliyinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb.

 

 

IMG_0414Təşkilatın sədri və layihə rəhbəri Ramin Mahmudov çıxışında artıq bu tipli gənclər üçün önəmli layihələrin dövlətimiz tərəfindən maliyyələşdirlməsini bir başa cənab Prezidentimiz İlham Əliyevin apardığı uğurlu siyəsətin nəticəsi olduğunu nəzərə çatdırıb.

 

IMG_0564Layihənin əsas məqsədi gənclərin və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkil etməklə onların pis vərdişlərdən uzaq olmalarına şərait yaratmaq və pis vərdişlərin fəsadları barədə məlumatlandırmaq olduğunu bildirib.

Yeniyetmə və gənclərə zərərli vərdişlər – siqaret, alkoqolizm, narkomaniyanın fəsadlarından bəhs edə video roliklər nümayiş etdirildikdən sonra intellektual oyunlar festivalın start verilib.

IMG_0499Layihə çərçivəsində 8 zonada təşkil olunan intellektual oyunların qalib və ən yaxşı ikincisi olan ümumilikdə 80 nəfəri əhatə edən 12 komanda Nə? Harada? Nə zaman?, Xəmsə, Breyn rinq və Fərdi oyunlarda qüvvələrini sınayıblar.

 

 

IMG_0965Quba rayonunun Afurca, I Nügədi, II Nügədi, Zərdabi, Aşağı Atuc, Əlibəyqışlaq, İsnovqışlaq, Qəçrəş, Qımılqışlaq, Hacıqayıb kəndlərinin və Quba şəhər 1 və 7 saylı məktəblərinin şagirdlərindən ibarət komandaların mübarizsəində Nə? Harada? Nə zaman” oyununda Əlibəyqışlaq kəndinin “Uran” komandası birinci, şəhər 1 saylı məktəbin “Kritik gənclər” komandası 2-ci, Zərdabinin “Zaman” komandası 3-cü olub.

IMG_0992Xəmsə oyunuda isə “Kritik gənclər” 1900 xalla 1-ci, “Uran” 900 xalla 2-ci, “Zaman” isə -200 xalla 3-cü yeri tutub.

 

Breyn rinq yarışında isə “Uran” biliciləri 1-ci, Aşağı Atuc kəndinin “Atuc” komandası 2-ci, I Nügədi kəndinin “MAG” komandası 3-cü olub.

IMG_0910Fərdi oyunda isə “Uran” komandasının təmsilçisi Aytac Əhmədova bütün rəqibləri üçün əlçatmaz olub. Qəçrəşi təmsil edən Qara qartal” komandasının bilicisi Əfsər Məmmədov 2-ci, “Atuc” komandasının oyunçusu Taleh Bəşirzadə isə 3-cü olub.

 

IMG_1041Yarışın sonunda hər bir qalib və mükafatçılara kubok, medal, diplomlar və kitabar təqdim edilib.

 

 

 

 

IMG_1047Əsasnaməyə uyğun olaraq komanda hesabında da fərqlənən komandalar müəyyən olunaraq mükafatlandırılıb. Nəticədə Əibəyqışlağı təmsil edən “Uran” komandası Qubanın ən güclüsü ünvanına sahib olub. “Kritik gənclər” 2-ci, “Atuc” komandası isə 3-cü olub.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s