Gənclər paytaxtı Qubada tələbələr yarışdı

telebe kuboku2Quba rayonunda Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “İntellektual çoxnövçülük üzrə Tələbə kuboku” turniri keçirilib.

20140706_110608Layihənin rəhbəri Nizami Hüseynovun verdiyi məlumata görə tədbir “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin və Quba rayon Gənclər və İdman İdarəsinin yaxından dəstəyi ilə reallaşdırılıb.

IMG_0198Tədbirdə respublikamızın müxtəlif ali təhsil məssisələrindən təhsil alan müxtəlif regionlardan olan 54 nəfər gənc intellekt  9 komandada mübarizə aparıb.

Yarış Nə? Harada? Nə zaman?, Xəmsə və Breyn rinq üzrə keçirilib. Əsasnaməyə uyğun olaraq yekunda ən çox xal toplamış komandalar ilk üçlüyü bölüşüb.

Nə? Harada? Nə zaman? oyununda “Bakılı qızlar” komandası 1-ci, “Hərum” 2-ci, “Şeşqoşa” komandası 3-cü olub.

Xəmsə turnirində isə “Hərum” intellektləri fərqlənib. Bakı Dövlət Universitetinin komandası 2-ci, Beyləqanın “Mil” komandası 3-cü olub.

20140706_154936Breyn rinq turnirində isə Bakı Dövlət Universitetinin intellektual gəncləri qalib adını qazanıb. “Bakılı qızlar” 2-ci, “Mil” komandası 3-cü olub.

Yekunda qalib adını “Bakılı qızlar” komandası qazanıb. “Hərum” biliciləri ikinci, Bakı Dövlət Universitetinin itelletkləri  isə üçüncü olub.

20140706_155346Tədbirin sonunda qalib və mükafatçılara kubok və medallarla yanaşı diplomlar və kitablar hədiyyə edilib.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s