Gənclər paytaxtının gənc istedadlarının sərgisi keçirilib

image descriptionQuba rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Həyatını rənglənddir” gənc istedadların rəsm sərgisi keçirilib.

Layihə rəhbəri Vahid Əliyevin verdiyi məlumata görə layihənin gerəkləşdirilməsində əsas məqsəd istedadlı gənclərin əl işlərini geniş ictimaiyyətə tanıtdırmaq, onların peşəkar fəaliyyətə həvəsləndirməkdir.

 

11Sərginin rəsmi açılış mərasimində Quba rayon Gənclər və İdman İdarəsnin rəisi Mustafa Nöhbalayev, Quba Uşaq İncəsənət Məktəbinin direktoru Mirkazım Cəfərov, Quba Gənclər Mərkəzinin rəhbəri Rəxşəndə Bayramova, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov, gənc istedadlar və rayon gəncləri iştirak edib.

4Çıxış edənlər bu tipli layihələrin əhəmiyyətindən danışıb, Gənclər Fondunun fəaliyyətə başlamasında sonra ölkədə gənclərin ictimai fəallığının artıdğını, bir-birini ardınca müxtəlif məzmunlu və əhəmiyyətli layihlərini gerçəkləşdiyini bildirblər. Bu sərginin də Qubanın istedadlı gənclərinin həyatında önəmini vurğulayıblar.

7Gənc rəssam-müəllim Sadıq Məmmədov bildirib ki, Qubada İbrahim Orucov, Rəhman Əliyev kimi gənclərin əl işləri Çexiya və İsveç kimi Avropa ölkələrində müsabiqələrdə uğur qazanıb. Lakin onlar cəmiyyət tərəfindən tanınmır. Bu baxımdan bu sərginin və gələcəkdə də baş tutacaq sərgilərin də gənc istedadların üzə çıxarılıb ictimaiyyətə tanılmasında böyük əhəmiyyəti var.

1Rəsmi açılışı bildirən qırmızı lent kəsildikdən sonra sərgi iştirakçıları gənclərin əl işləri ilə tanış olublar.

2Qeyd edək ki, 3 gün davam edən sərgidə 50 gəncin 114 rəsm əsəri, 27 keramika nümunəsi və 20-dən artıq müxətlif toxuculuq nümunələri nümayış etdirilib.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s