Quba Yay Liqasının mükafatları kəndlərə getdi

DSC022762014-cü ilin iyul ayının 3-dən start götürmüş Xəmsə Milli İNtellektual Oyunu üzrə II Quba Yay Liqası turnirinə yekun vuruldu.

Ümumilikdə 12 komandanın  mübarizə apardığı yarışda hər şeyə son turda aydınlıq gəldi.

DSC02301Nəzəri cəhətdən 3 komandanın – Yurd, Apokalipsis və Qımılqışlağın turnirin qalibi adına şansı olsa da, bu adı “Uran” intellektlərinin əlindən almağın çətin olacağı bəlli idi. Bu səbəbdən hər 3 komanda digər mükafata layiq yerlər uğurunda mübarizə aparırdı.

Son tura qədər “Yurd” 2-ci, Qımılqışlaq 3-cü, Apokalipsis isə 4-cü idi. Son turda “Yurd” zəifləmiş heyyətlə çıxış etməsinin cəzasını çəkdi desək yanılmarıq. Yarımqrupdan finala vəsiqə qazanan komanda finalda sonuncu olaraq medal şansını itirdi.

DSC02340Ən maraqlı an da II və III yerlər uğrunda baş verdi. Belə ki, həm Qımılqışlaq, həm də Apokalipsis butun turnir boyu yekunda 179 xalla bərabərə qaldılar. Nəticədə hər iki komandanın arasında ənənəvi Xəmsə üsulu ilə Fərdi raund baş tutdu.

 

 

DSC02386Apokalipsis komandanın lideri, vunderkind hesab etdiyi Raman Kərimovu, Qımılqışlaq isə bu yarışda komandaya qoşularaq ona ən gözlənilməz anlarda belə qızıl xallaq qazandıran Mehman Fermanovu duelə buraxdı. İlk 5 sualdan sonra heç bir oyunçu cavab tapmadığına görə oyun ilk düz və ya səhv cavaba qədər davam etdi. Nəticədə 16-ci sualda Mehman Fərmanov ona göstərilən etimadı doğruldaraq komandanı yenə də xilas etdi və qızıl xalla ou ikinciliyə daşıdı.

DSC02401Beləliklə əsas məqsədi gənclərin yay asudə vaxtının səmərəli təşkili, intellektual səviyyəsinin artırılması olan Quba Yay Liqası başa çatdı.

DSC02411Əlibəyqışlağı təmsil edən “Uran” komandası birinci, Qımılqışlaq kəndini təmsil edən eyniadlı komanda ikinci, Qubanın müxtəlif məktəblərinin şagirdlərindən, tələbələrdən, İdrisiqışlaq kənd gənclərindən təşkil olunmuş “Apokalipsis” komandası isə üçüncü oldu.

Yekunda “Yurd” GİİD İB tərəfindən qalib və makafatçılara kuboklar, medallar, diplomlar və kitablar hədiyyə edildi.DSC02422DSC02430

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s