Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun 5-ci qrant müsabiqəsinin qalibi olan “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən Qubada reallaşdırılan intellektual çoxnövçülük üzrə “Bahar kuboku-2014” layihəsinin növbəti tədbiri keçirilib.
Qubanın rayon mərkəzindən 15 km uzaqlıqda yerləşən Qəçrəş kəndində baş tutan Bahar kuboku-2014-ün nnövbəti seçim turunda 36 nəfər yeniyetmə və gənc iştirak edib.
Təşkilatın sədri Ramin Mahmudovun verdiyi məlumata görə açılış mərasimində iştirakçılara Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun fəaliyyətindən, müxtəlif qrant müsabiqələrindən, gənclərə yaradılan imkan və şəraitdən danışılıb, “Yurd” GİİD İB-nin icra etdiyi bu layihənin əhəmiyyəti və qaydaları barədə məlumatlar verilib. Bildirilib ki, layihənin əsas məqsədi gənclərin intellektual bacarıqlarını inkişaf etdirmək, təhsilə, oxumağa, bədii ədəbiyyata marağını artırmaq, asudə vaxtlarını səmərəli təşkil
etmək və ən əsası müxtəılif məktəblərdə təhsil alan yeniyetnmə və gənclər arasında şəbəkələşməni inkişaf etdirməkdir.
Daha sonra baş tutan intellectual çoxnövçlük üzrə yarışda 6 komanda öncə Nə? Harada? Nə zaman? oyunda daha sonra isə ilk 4 komanda Xəmsə oyunuda qüvvəsini sınayıb.
İlk oyunda “Avatar” biliciləri 24 sualdan 12-nə doğru cavab verərək birinci olub. “Qalaktika” 9 xalla ikinci olub. “Qələbə”, “Zəfər” və “Gənc Heydərlər” komandaları 7 oyun xalına sahib idilər. Onların arasından isə əsasnaməyə uyğun olaraq ən yüksək reytinq xalına sahib ilk iki komanda ikinci mərhələyə vəsiqə əldə edib.
Xəmsə oyunu üzrə təşkil olunan ikinci mərhələdə “Avatar” intellektləri 8600 alla birinci, “Zəfər” 3400 xalla ikinci, “Qalaktika” isə 300 xalla üçüncü olub.
Yekunda “Avatar” komandası birinci, “Zəfər” intellektləri isə ikinci yerin sahibi kimi final oyunlarına vəsiqə qazanıb. “Qalaktika” biliciləri isə seçim turunu 3-cü yerdə bitirib.
Layihə çərçivəsində növbəti tədbir Quba rayonunun Nügədi kəndində baş tutacaq.