MAG və “Uğur” finalda

IMG_3048Azərbaycan Respublikası Prezidenti  yanında Gənclər Fondunun 5-ci qrant müsabiqəsinin qalibi olan “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən Qubada reallaşdırılan intellektual çoxnövçülük üzrə “Bahar kuboku-2014” layihəsinin növbəti tədbiri Quba rayonunun ən böyük yaşayış massivlərindən biri olan I Nügədi kəndində baş tutub.

IMG_3058Seçim turunda 3 kəndin 5 məktəbini təmsil edən 7 komandanın tərkibində birləşən 42 nəfər yeniyetmə və gənc iştirak edib.

Təşkilatın sədri Ramin Mahmudovun verdiyi məlumata görə açılış mərasimində iştirakçılara Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun fəaliyyətindən, müxtəlif qrant IMG_3047müsabiqələrindən, gənclərə yaradılan imkan və şəraitdən danışılıb, “Yurd” GİİD İB-nin icra etdiyi bu layihənin əhəmiyyəti və qaydaları barədə məlumatlar verilib.

Bildirilib ki, layihənin əsas məqsədi gənclərin intellektual bacarıqlarını inkişaf etdirmək, təhsilə, oxumağa, bədii ədəbiyyata marağını artırmaq, asudə vaxtlarını səmərəli təşkil etmək və ən əsası müxtəılif məktəblərdə təhsil alan yeniyetnmə və gənclər arasında şəbəkələşməni inkişaf etdirməkdir.

IMG_3060Bu layihə eyni zamanda cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq bəndinin icrasına yönəlmiş tədbirlərdən biridir.

Daha sonra baş tutan intellektual çoxnövçlük üzrə yarışda 7 komanda öncə Nə? Harada? Nə zaman? oyunda, daha sonra isə ilk 4 komanda Xəmsə oyunuda qüvvəsini sınayıb.

IMG_3067İlk oyunda “Uğur” biliciləri 24 sualdan 12-nə doğru cavab verərək birinci olub. “MAG” və “Odlar Yurdu” 11 xalla ikinci və üçüncü olub. “Zirvə” biliciləri isə 6 xalla ikinci mərhələyə vəsiqə qazanıb.

Xəmsə oyunu üzrə təşkil olunan ikinci mərhələdə “MAG” intellektləri 6300 xalla birinci, “Uğur” komandası 3000 xalla ikinci, “Odlar Yurdu” isə IMG_3117-300 xalla üçüncü olub.

Yekunda “MAG” komandası birinci, “Uğur” intellektləri isə ikinci yerin sahibi kimi final oyunlarına vəsiqə qazanıb.

“Bahar kuboku-2014” turnirinin növbəti seçim turu Quba rayonunun Alekseyevka zonasında baş tutacaq.

IMG_3154

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s